BDU-da III Bakı Yaponia Mədəniyyət festivalı keçirilib

24/04/2017

Bakı Dövlət Universitetində III Bakı Yaponiya Mədəniyyət festivalı keçirilib. Şərqşünaslıq fakültəsinin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının təşəbbüsü ilə baş tutan festivalı BDU rektorunun ümumi işlər üzrə müşaviri, professor İsmayıl Əliyev açaraq tədbirin Azərbaycan-Yaponiya mədəni əlaqələrinə töhfə olduğunu, tələbələrin yaradıcılıq potensialını, təşkilatçılıq bacarığını aşkara çıxardığını, onlarda məsuliyyət hissini daha da gücləndirdiyini bildirib. 
Yaponiya səfirliyinin mədəniyyət və informasiya şöbəsinin müdiri Uçidate Saki Yaponiya-Azərbaycan əlaqələrinin fərqli aspektlər üzrə inkişaf etdiyini, iki ölkə arasındakı dostluq və əməkdaşlığın yeni töhfələr verdiyini vurğulayıb. 
BDU-nun Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, dosent Oqtay Cəlilbəyli tələbələrin bu işdə fəallığını vurğulayaraq onların əməyini yüksək dəyərləndirib, festivalın əhatə etdiyi yapon mədəniyyəti sahələri, tələbələr arasında keçirilən mahnı müsabiqəsi haqqında iştirakçıları məlumatlandırıb. 
Festival mahnı müsabiqəsi və rəngarəng səhnələrlə davam edib, Abdulla Şaiqin “Tıq-Tıq xanımın nağılı” əsərinin yapon dilində tamaşası təqdim edilib. Tələbələrin yapon dilindən tərcümə edərək alt yazılarını yerləşdirdiyi “Hotaru meşəsi” adlı yapon animesi böyük sevgi ilə qarşılanıb və yapon incəsənətinin nümunəsi kimi tamaşaçıları duyğulandırıb. 
Festivalın ikinci hissəsində yapon mədəniyyətinin oriqami, yapon milli geyimləri, çay dəstgahı, ikebana, xəttatlıq, yapon xalq oyunları, kospley, yapon milli mətbəxi, şifahi xalq ədəbiyyatı, şodou və s. sahələri ilə tanış olan iştirakçılar bu özünəməxsus, orijinal milli mədəniyyətə böyük maraq göstəriblər. Yapon mədəniyyətinin müxtəlif sahələri ilə ayrı-ayrı otaqlarda tanış olmaq imkanı əldə edən seyrçilər yaponlarda xüsusi mənəvi önəm kəsb edən çay dəstgahı ilə bağlı dolğun təsəvvürə malik olublar. 
Sonda Şərqşünaslıq fakültəsi Regionşünaslıq (Yaponiya üzrə) ixtisasının tələbələri Sadiq Məcidli və Nicat Haşımov mahnı müsabiqəsinin qalibləri elan edilib. Festivalda fərqlənən digər iştirakçılara da simvolik hədiyyələr təqdim edilib.

Mətbuat və informasiya şöbəsi, 24 aprel 2017-c il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!