BDU-da II Beynəlxalq Türkiyə-Azərbaycan elmi-praktiki simpoziumu başlayıb

28/10/2011

Bu gün Bakı Dövlət Universitetində Qafqaz Universiteti, Türkiyənin Özyeğin Universiteti və BDU-nun birgə təşkilatçılığı ilə keçirilən “İnformasiya-Kommunikasiya Texnologiyaları və Şəxsiyyət Hüquqları” adlı II Beynəlxalq Türkiyə-Azərbaycan elmi-praktiki simpoziumun plenar iclası öz işinə başlayıb.

Tədbiri açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov simpoziumun əhəmiyyətindən danışıb. Məlum olub ki, simpoziumun keçirilməsində məqsəd Azərbaycanda hüquq elminin davamlı inkişaf etdirilməsini təmin etmək, elmi kadrların hazırlıq səviyyəsini daha da artırmaq, qardaş Türkiyə Respublikasının hüquqşünas alimləri ilə elmi əməkdaşlığı inkişaf etdirmək və informasiya-kommunikasiya texnologiyalarının hüquq elminin müxtəlif sahələrinə, xüsusilə şəxsiyyət hüquqlarına təsiri ilə bağlı problemlərə dair elmi tədqiqatların müzakirəsini təmin etmək və bunun nəticələrini hüquq ictimaiyyətinə çatdırmaqdır. Azərbaycanda elmə, təhsilə böyük önəm verildiyini deyən akademik, ölkənin iqtisadi potensialını intellekt kapitalına çevirməyin vacibliyini xatırladıb.

Sonra Qafqaz Universitetinin prorektoru, professor Cihan Bulut, Özyeğin Universitetinin hüquq fakültəsinin dekanı, professor Yener Ünver və Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev çıxış ediblər.

Qeyd edək ki, altı bölmədən ibarət olan simpozium iki gün davam edəcək.

Mətbuat və İnformasiya şöbəsi, 28 oktyabr 2011-ci il.

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!