BDU-da “Həyatla oyun” tamaşasının təqdimatı keçirilib

01/03/2018

Bakı Dövlət Universitetində “Xaş-xaşın göz yaşı”  və ya “Həyatla oyun” tamaşasının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə BDU-nun Tələbə Gənclər Təşkilatının sədri İsmayıl Kərimov açaraq narkomaniyanin insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan əsas amillərdən biri olduğunu bildirib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Gənclər və İdman Nazirliyinin sifarişi ilə Arzu Soltanın qələmə aldığı, İntiqam Soltanın quruluş verdiyi tamaşada real həyatdan götürülmüş hadisələr əks olunub.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərid Qurbanov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Vasif Quliyev, əsərin müəllifi Arzu Soltan və Bakı Uşaq Teatrının direktoru – bədii rəhbəri İntiqam Soltan çıxış edərək bildiriblər ki, tamaşanın nümayişi gəncləri narkomaniya haqqında məlumatlandırmaq və eləcə də maarifləndirmək funksiyası daşıyır.

Qeyd edək ki, “Xaş-xaşın göz yaşı” və ya “Həyatla oyun” tamaşası Avropa Şurasının  Pampidou Qrupu tərəfindən narkotiklərə qarşı mübarizədə gənclərin fəal iştirakı ilə həyata keçirilən innovativ layihə olaraq tanınıb və 80 layihə arasında ilk üçlüyə düşüb.

Mətbuat və informasiya şöbəsi, 01 mart 2018-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!