BDU-da “Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti” mövzusunda konfrans keçirilib

03/04/2013

Bu gün Bakı Dövlət Universitetində“Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti” mövzusunda konfrans keçirilib. Əvvəlcə rektor, akademik Abel Məhərrəmov çıxış edərək ulu öndər Heydər Əliyevin hər zaman gənclərə önəm verməsindən, onların bütün problemlərinin, qayğılarının  həlli istiqamətində həyata keçirdiyi siyasətdən bəhs edib. Bildirib ki, Ümummilli lider gəncləri vətənpərvər olmağa səsləyər, onların milli ruhda tərbiyə olunmalarının əhəmiyyətini xüsusilə önə çəkərdi: “Ümummilli lider deyərdi ki, gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik”. Akademik Abel Məhərrəmov bu siyasətin hazırda da uğurla davam etdirildiyini qeyd edib: “Prezident İlham Əliyev hər zaman çıxışlarında gənclərə xüsusi münasibətinin olduğunu və onların bütün işlərdə ona arxalana bilmələrini söyləyir.  Elə bunun nəticəsidir ki, Azərbaycan gəncliyi sabaha böyük inamla baxır”.

Daha sonra  Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovun  “Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti” mövzusunda məruzəsi və Respublika Agsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxışı maraqla dinlənilib.

Konfransda BDU-nun 2-ci kurs tələbəsi Mətanət Həsənova “Gənclər arasında Vətənpərvərlik ruhunun aşılanmasında Dövlət Gənclər Siyasətinin rolu” və BDU Tələbə Gənclər Təşkilatının sədri Məmmədbağır Məmmədov “Təhsil Dövlət Gənclər siyasətində əsas prioritet kimi” mövzuları ətrafında çıxış ediblər. Daha sonra çıxış edən Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərovun  nitqindən tələbələr məmnun qalıb.

 

Rəsmi hissənin sonunda ölkənin idman həyatında uğurlu nəticələr əldə etmiş, dövlət gənclər siyasətinin həyata keçirilməsində aktiv iştirak etmiş bir qrup BDU tələbəsi Bakı şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplom və xatirə hədiyyələri ilə təltif olunublar. Bir qrup tələbəyə isə xüsusi güzəştləri təmin edən “Tələbə kartları” verilib.

Tədbir bədii hissə ilə davam etdirilib.

 

Mətbuat və İnformasiya şöbəsi, 3 aprel 2013-cü il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!