BDU-da “Hepatitin qarşısını al! Bu sənin işindir!” adlı tədbir keçirilib

14/12/2015

Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi və “Azərbaycan Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin təşkilatçılığı ilə da “Hepatitin qarşısını al! Bu sənin işindir!” adlı tədbir keçirilib.
Tədbirdə THİK-in sədr müavini Eltac Cəbiyev, Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyasının Azərbaycan nümayəndəliyi olan AzərMDS-in prezidenti Nərminə Ələkbərova, fizika fakültəsi üzrə THT sədri Röya Novruzzadə və digər tələbələr iştirak edib.
Tədbiri giriş sözü ilə açan Eltac Cəbiyev universitetdə bir çox mövzulara həsr olunan layihələrdən danışıb.
Nərminə Ələkbərova “Azərbaycan Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin fəaliyyətindən söz açıb.
IV kurs tələbəsi Nərmin Hüseynli tələbələrə hepatit xəstəliyi barədə sosial əhəmiyyətli məlumatlar verib.
Sonda mövzu ilə əlaqədar tələbələri maraqlandıran suallar cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi, 14 dekabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!