BDU-da GİZ mütəxəssislərinin iştirakı ilə seminar keçirilib

01/06/2017

Bakı Dövlət Universitetində Ekologiya və torpaqşünaslıq fakültəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) təşkilatçılığı ilə respublikanın ali məktəblərində CİS (Coğrafi İnformasiya Sistemləri) fənnini tədris edən müəllimlər, müvafiq nazirliklərin nümayəndələri, özəl və dövlət qurumlarının mütəxəssislərinin iştirakı ilə seminar keçirilib. Seminarı giriş sözü ilə açan BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva CİS texnologiyalarının müxtəlif sahələrdə tətbiqindən, universitetdə bu sahə üzrə kadr hazırlığının vəziyyətindən danışıb, seminarın işinə uğurlar arzulayıb. Seminarda Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, professor Nazim Şəmilov, Bioekologiya kafedrasının müdiri, professor Nərminə Sadıqova, GİZ təşkilatının məsul əməkdaşları, ali məktəblərin, dövlət və özəl qurumların nümayəndələri iştirak edib.

Seminarın keçirilməsində məqsəd universitetlərdə tədris olunan CİS fənni üçün hazırlanmış proqramların müzakirəsi, həmçinin bu sahədə çalışan mütəxəssislərlə təcrübə mübadiləsi aparılması və tədris proqramlarının təkmilləşdirilməsi olub. Seminarda BDU və Azərkosmosun əməkdaşları təqdimatla çıxış ediblər . Görüş günün ikinci yarısında dəyirmi masada davam etdirilib.

Mətbuat və informasiya şöbəsi, 01 iyun 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!