BDU-da “Gənclər zərərli vərdişlərə qarşı”dır

02/12/2015

Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ümumidünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar “Gənclər zərərli vərdişlərə qarşı” mövzusunda tədbir keçirilib.

Tədbirdə BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Eltac Cəbiyev, Jurnalistika fakültəsi Tələbə Həmkarlar Təşkilatının sədr müavini Xanım Səfərova, 1 nömrəli Tibb Texnikomunun Anatomiya kafedrasının müdiri Mənsurə Səttarova, Qızıl Aypara Cəmiyyətinin Yasamal rayon təşkilatının sədri Şahin Hüseynov, Azərbaycan Dövlət Televizyasının əməkdaşı  Nuran Gündüzoğlu, BDU Jurnalistika fakültəsinin müəllimi Mübariz Göyüşlü iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Eltac Cəbiyev  universitetdə bu tip mövzularda keçirilən tədbir və layihələr haqqında məlumatlan verib. 1 nömrəli Tibb Texnikomunun kafedra müdiri Mənsurə Səttarova QİÇS-in coğrafi yayılma səbəbləri, QİÇS xəstəliklərinin əlamətləri , qarşısının alınmasının yolları haqqında tələbələri məlumatlandırıb. Daha sonra söz Nuran Gündüzoğluna verilib. O, “Gənclər zərərli vərdişlərə qarşı” mövzusunda təqdimatla çıxış edib. O qeyd edib ki, zərəli vərdişlərdən gənclərin qorunmasının əsas qüvvənin özləridir.

Qızıl  Aypara Cəmiyyətinin Yasamal rayon təşkilatının sədri Şahin Hüseynov zərərli vərdişlərdən və xəstəliklərdən qorunmanın yolları haqqında tələbləri məlumatlandırıb.

BDU Jurnalistika fakültəsinin müəllimi Mübariz Göyüşlü  Azərbaycanda QİÇS-ə qarşı mübarizə haqqında danışıb və gəncləri bu xəstəliklərə və zərərli vərdişlərə birgə mübarizə aparmağa çağırıb.

Mətbuat və informasiya şöbəsi, 02 dekabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!