BDU-da gənc alimlərin və tədqiqatçıların beynəlxalq elmi konfransı öz işinə başlayıb

29/04/2011

Bu gün Bakı Dövlət Universitetində Gənc alimlərin və tədqiqatçıların müasir biologiyanın nəzəri və tətbiqi problemləri mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. Konfransın plenar iclasını açan rektor, akademik Abel Məhərrəmov onun əhəmiyyətindən, elmə verəcəyi töhfələrdən bəhs edib.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və müstəqilliyimizin 20 illiyi ərəfəsində respublikada müxtəlif tədbirlər keçirildiyindən danışan rektor bu konfransın da həmin istiqamətdə atılan addımlardan biri olduğunu vurğulayıb.

Beynəlxalq konfransların elmin inkişafına xüsusi töhfələr verdiyini deyən rektorun sözlərindən məlum olub ki, konfransa Rusiya, Türkiyə, İran, Polşa, Çexoslovakiya və digər ölkələrdən materiallar təqdim edilib. BDU-nun 34 beynəlxalq proqram və qrant üzərində işlədiyini deyən rektor bununla təkcə Azərbaycanın neftinə deyil, həm də elminə investisiya qoyulduğunu diqqətə çatdırıb.

Abel Məhərrəmov, eyni zamanda, son illərdə Biologiya fakültəsinin maddi-texniki bazasının gücləndirilməsindən, müasir avadanlıqlarla təmin edilmiş laboratoriyaların fəaliyyətindən da danışaraq konfransın işinə uğurlar arzulayıb.

Sonra Biologiya fakültəsinin dekanı, professor Akif Quliyev «Müasir biologiyanın son nailiyyətləri» adlı məruzə ilə çıxış edib. Professor konfransın işini «Bitki fiziologiyası, biokimya, biofizika və molekulyar biologiya», «Onurğalılar və onurğasızlar zoologiyası», «İnsan və heyvan fiziologiyası və genetika», «Ekologiya, botanika, mikrobiologiya və torpaqşünaslıq» adlı bölmələrdə davam etdirəcəyini, ümumilikdə 103 məruzənin dinləniləcəyini bildirib.

Mətbuat və informasiya şöbəsi, 29 aprel 2011-ci il.

(Material SIA, APA, AzadInform.az, Lent.az, Salamnews, Modern.az, ucnoqte.az, 1news.az, www.novoteka.ru, informasiya agentliklərində, xəbər portallarında və "Respublika", "Yeni Azərbaycan", "525-ci qəzet",Komsomolskaya pravda", "CBN Extra" qəzetlərində də yayımlanıb 29 aprel -06 may 2011-ci il)

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!