BDU-da futbol yarışlarının qaliblərinin təntənəli mükafatlandırılması mərasimi keçirilib - VİDEO

03/05/2014

Bu gün Bakı Dövlət Universitetinin idman meydançasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş futbol yarışlarının qaliblərinin təntənəli mükafatlandırılması mərasimi keçirilib. Tədbiri açan rektor, akademik Abel Məhərrəmov bu gün ünuniversitet həyatında əlamətdar olduğunu bildirib. Deyibki, artıq bir aydan çoxdur ki, universitetdə uluöndərin xatirəsinə həsr olunmuş müxtəlif idman yarışları üzrə turnirlər və futbol yarışları keçirilir. Futbol yarışlarında universitetin 17 fakültəsi və xarici tələbələrdən ibarət komanda təmsil olunub.

Ulu öndərin anadan olmasının ildönümünə həsr edilən futbol çempionatında birinci yeri coğrafiya fakültəsi qazanıb. İkinci yeri tətbiqi riyaziyyat və kibernetika fakültələrinin tələbələri tutub. Üçüncü yerin sahibi Hüquq və mexanika-riyaziyyat fakültəsinin tələbələri olublar.

Tədbir konsert proqramı ilə davam edib.

Mətbuat və İnformasiya şöbəsi, 03 may, 2014-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!