BDU-da “Fəlsəfə və sosial elmlərin aktual problemləri” adlı Ümumrespublika seminarının ilk iclası keçirilib

06/03/2013

Bu gün Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar olaraq Bakı Dövlət Universiteti nəzdində təsis edilən “Fəlsəfə və sosial elmlərin aktual problemləri” adlı Ümumrespublika seminarının ilk iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov Azərbaycan xalqının demokratik dövlətdə yaşamasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib. Qeyd edib ki, hər yerdə olduğu kimi Bakı Dövlət Universitetində də Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi üçün bir sıra tədbirlərin həyata keçirilir və bu “Fəlsəfə və sosial elmlərin aktual problemləri” adlı Ümumrespublika seminarı həmin tədbirlər silsiləsindəndir. Seminarların 2013-cü  tədris ili ərzində ayda bir dəfə  keçirilməsi nəzərdə tutulub.

Sonra BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, professor Rəbiyyət Aslanova “H.Əliyev irsi və Azərbaycanda fəlsəfə və sosial elmlərin vəzifələri, problem və perspektivləri” mövzusunda məruzə edib.

Seminarda professorlar – Hikmət Əlizadə, Fərman İsmayılov və başqaları çıxış ediblər.

BDU-nun Mətbuat informasiya şöbəsi, 06 mart 2013-cü il.





 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!