BDU-da elmi şuranin növbəti iclasi keçirilib

06/04/2016

Bu gün Bakı Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib. AMEA-nın Rəyasət Heyəti üzvləri, ali təhsil müəssisələrinin rektorları, Şura üzvləri, tanınmış alimlər və KİV nümayəndələrinin iştirak etdiyi iclasdan əvvəl elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən sərgiyə baxış keçirilib, Biologiya fakültəsinin nəzdində fəaliyyət göstərən Təkamül-təlimi muzeyinin yenidən qurulmasından sonra açılışı olub.  Sonra Elmi Şuranın iclası başlayıb. Rektor, akademik Abel Məhərrəmov ordumuzun Dağlıq Qarabağ bölgəsindəki əməliyyatları barədə məlumat verib, universitet tələbələrinin orduya dəstək aksiyasından danışıb və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gündəlikdə duran məsələləri diqqətə çatdıran rektor professor Abuzər Xələfova universitetin “Fəxri professor” mükafatını təqdim edib və bir neçə universitet alimi yubileyləri münasibətilə təltif olunub. Azərbaycan elminin, təhsilinin dinamik inkişafı, elmi kadrların hazırlanması, elmi potensialın gücləndirilməsi, elmi-texniki nailiyyətlərin əldə olunmasının vacib məsələlərdən olduğunu bildirən rektor, elmin inkişafını xalqın gələcəyini təyin edən əsas amillərdən biri hesab edən dövlət başçısı İlham Əliyevin elm və təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb, bu uğurlu siyasətin BDU-ya da dəyərli töhfəsini verdiyini və Azərbaycanın beynəlxalq aləmdə aparıcı dövlətlər sırasına qoşulmasına zəmin yaratdığını söyləyib. Qeyd edib ki, dövlət tərəfindən göstərilən qayğı, elm və təhsilin əlaqələndirilməsi, innovasiyaların tətbiqi və aparılan islahatlar nəticəsində 2015-ci ildə də BDU “QS World University Rankings” reytinqinə görə yenidən dünyanın 700 top universitetinin, Beynəlxalq Akademik Perspektivlər İnstitutu (URAP) tərəfindən dünyanın ən yaxşı 2000 universitetinin, həmçinin MDB-yə üzv ölkələrin universitetləri üzrə reytin  siyahısına daxil edilib. MDB-yə üzv ölkələr üzrə 153 universitet arasında aparılan sorğuya əsasən BDU 40-cı pillədə qərarlaşıb.  Bakı Dövlət Universiteti Şərqi Avropa və Mərkəzi Asiyanın İnkişaf etməkdə olan ölkələrinin reytinq siyahısında da yer tutub. BDU-nun 83-cü yerdə qərarlaşdığı siyahını “QS World University Rankings” təqdim edib. Bakı Dövlət Universiteti artıq ikinci ildir ki, bu siyahıya düşür. Bakı Dövlət Universiteti həmçinin ali məktəblərdə tədrisin keyfiyyətinə görə  beynəlxaq RUR reytinqində 750 universitet arasında 2015-ci ildə 656-cı, 2016-cı il üçün yenicə elan edilən siyahıda isə 634-cü olub. Reytinq  "Thomson Reuters" beynəlxalq media kompaniyasının göstəriciləri əsasında hazırlanıb.

İclasda 2015-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında Elm və innovasiyalar üzrə prorektor, professorAydın Kazımzadənin hesabatı dinlənilib və BDU-da elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi tədqiqatların aparılmasından danışılıb.

Məlum olub ki, Bakı Dövlət Universitetinin 17 fakültəsinin 125 kafedrasında, 2 elmi-tədqiqat institutunda, 3 elmi-tədqiqat mərkəzində və 24 elmi-tədqiqat labora­to­ri­yasında elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılır. Professor Aydın Kazımzadə qeyd edib ki, ümumiyyətlə 2015-ci ildə BDU-da təbiət və humanitar elm sahələrini əhatə edən bir sıra aktual mövzuların həllinə yönəlmiş 81 istiqamətdə 186 mövzu üzrə 1069 elmi iş yerinə yetirilib.  BDU rektoruna M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Elmi Şurasının qərarı ilə “Fundamental və tətbiqi elmlərin inkişafında böyük xidmətlərinə və Moskva Dövlət Universiteti ilə çoxillik səmərəli fəaliyyətinə görə” MDU-nun Fəxri professoru və yenidən Avrasiya Universitetlər Assosiasiyasının vitse-prezidenti seçilib.

Prezident İlham Əliyevin sərəncamı ilə  Bakı Dövlət Universitetinin kimya fakültəsinin ingilis bölməsinin müəllimi, gənc alim Elvin Yaşar oğlu Məlikov “Gənclər üçün Prezident mükafat”ına layiq görülüb. Bakı Dövlət Universiteti və BDU-da nəşr edilən “Tətbiqi və hesablama riyaziyyatı” jurnalı dünyanın tanınmış “Elsevier” akademik nəşriyyatı və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu tərəfindən Azərbaycanda ilk dəfə olaraq təsis edilən “SCOPUS Mükafatların”ıa layiq görülüb.

Hesabat ilində Universitetdə fəaliyyət göstərənDissertasiya Şuralarında 71 nəfər ixtisas üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya (onlardan 39 nəfəri BDU-nun əməkdaşı, doktorantı və dissertantıdır) müdafiə edib. Ümumiyyətlə BDU əməkdaşları, doktorantı və dissertantları tərəfindən müxtəlif ixtisaslar üzrə 6 elmlər doktoru və54 fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edilib.

Hesabat ilində Universitetdə professor-müəllim heyəti və əməkdaşlar tərəfindən 56 monoqrafiya, 72 kitab, 74 dərslik, 131 dərs vəsaiti, 2797 məqalə, o cümlədən 2060 məqalə respublikada, 737 məqalə xaricdə, 1203 tezis, o cümlədən 575 tezis respublikada, 628 tezis xaricdə, 40 metodik göstəriş, 415 proqram nəşr etdirilib.

Cari ildə universitet alimləri 18 doktorluq və 94 fəlsəfə doktoru dissertasiyası işinə opponentlik etmişlər. 12 doktorluq və 70 fəlsəfə doktoru dissertasiya işinə aparıcı təşkilat olaraq rəy veriblər.

Xaricdə nəşr olunmuş 737 məqalədən221-ı, yəni bütün xaricdə nəşr olunmuş məqalələrin 30 %-i Tomson Reuter, Scopus və digər beynəlxalq agentliklər tərəfindən indekslənən və inpakt faktorlu jurnallarda nəşr olunub. BDU əməkdaşları tərəfindən 9, BDU-nun sahibliyi ilə 7, o cümlədən 1 ABŞ  patenti alınıb.

Professor Aydın Kazımzadə 2015-ci ildə universitet alimlərinin xaricdə nəşr olunmuş kitabları haqqında da məlumat verib. Bu kitablar kimya, mexanika-riyaziyyat, ekologiya və törpaqşünaslıq, biologiya, tarix, filologiya, hüquq, jurnalistika, beynəlxalq münasibətlər və iqtisadiyyat  fakültələrinin əməkdaşları  tərəfindən yazılıb və ABŞ, İtaliya, İngiltərə, Almaniya, Rusiya, Türkiyə, Ukrayna, vəİran İslam Respublikasının nəşriyyatlarında nəşr olunub.

Hesabat ilində Universitetin əməkdaşları tərəfindən 91 (59beynəlxalq və 33respublikadaxili) elmi layihələr həyata keçirilib. Bu layihələr Erasmus Mundus və TEMPUS Programları, Ukrayna Elm və Texnologiya Mərkəzi, İSESCO, Kral Əbdüləziz Universitetinin Elmi Araşdırmalar Mərkəzi,  Qazaxstan Elm və Təhsil Nazirliyi, Avropa Birliyinin, İsveçrənin, Almaniyanın və dugər ölkələrin müxtəlif fondları, AR Prezidenti Yanında Elmin İnkişafı Fondu, Azneft İstehsalat Birliyi, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi və digər yerli və xarici təşkilatlar tərəfindən maliyyələşdirilir.

Bakı Dövlət Universitetinin Elmi kitabxanası hər il olduğu kimi 2015-ci ildə də ali məktəbin tədris-tərbiyə prosesini və elmi-tədqiqat işini ədəbiyyatla və informasiya ilə təmin edən aparıcı struktur bölməsi kimi öz fəaliyyətini davam etdirmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinə əsasən ali  məktəb kitabxanaları üzrə elmi-metodiki mərkəzkimi fəaliyyət göstərən Elmi kitabxana 22 dövlət və bəzi özəl ali məktəb kitabxanalarına metodiki köməklik göstərir, 21 ölkənin 49 universiteti və beynəlxalq nəşriyyatı ilə informasiya mübadiləsi aparır. Universitetin 4 korpusunda yerləşən Elmi kitabxanasının 14 şöbəsi, 5 abonementi, 15 oxu zalı müntəzəm surətdə oxucuların istifadəsindədir.

Bakı Dövlət Universitetinin nəşriyyatında çoxlu sayda monoqrafiyalar, dərslik və dərs vəsaitləri hazırlanıb. Dörd seriyada «Bakı Universitetinin Xəbərləri» jurnalı və digər 14 elmi, nəzəri, metodik və təcrübi jurnallar, o cümlədən impakt faktorlu “Applied and computational mathematics” jurnalı öz fəaliyyətlərini davam etdirib.

Bakı Dövlət Universitetində 2007-ci ildən «Gənc istedadlar» liseyi fəaliyyət göstərir. Liseydə kitabxana, kompyuter otağı, kimya laboratoriyası, biologiya və fizika kabinələri, idman zalı, tibb məntəqəsi və yeməkxana şagirdlərin istifadəsinə verilib.Yeddi buraxılış üzrə liseyi 271 şagird bitirmiş və onların hamısı nüfuzlu ali məktəblərə (o cümlədən 59-ü BDU-ya) daxil olub. TQDK-nın məlumatına görə, 2010-2015-ci illərdə qəbul imtahanlarında toplanılan orta bal və bəzi fənlər üzrə düzgün cavabların sayına görə Lisey I Yerə çıxıb. 2015-ci ilin fevral ayında keçirilən “Sabahın alimləri” IV Respublika müsabiqəsində liseyin şagirdlərindən 5 nəfəri I yerə, 1 nəfər II yerə, 4 nəfər isə III yerə layiq görülüb.  Liseyin şagirdləri Həsənzadə Rəna və Əliyeva Ləman 2015-ci ilin may ayında ABŞ-ın Pitsburq şəhərində keçirilən Beynəlxalq müsabiqədə Respublikamızı təmsil edib. 2015-ci ildə X sinif şagirdi Qarayev Aqşin kimya fənni üzrə, VII sinif şagirdi Taba-Tabai Nəzrin Seyidağa qızı rus dili fənni üzrə VII Respublika Olimpiadasında I yer tutub. 2015-ci ilin noyabr ayında Gənclər və İdman Nazirliyinin fizika, kimya və riyaziyyat fənləri üzrə keçirdiyi Respublika Olimpiadasında XI sinif şagirdləri Qarayev Aqşin və Qurbanlı Aydın mükafata layiq III yer tutub.

Bakı Dövlət Universiteti professor-müəllim heyətinin, əməkdaşların, doktorant, magistrant və tələbələrin elm və təhsildə, universitetin ictimai həyatında əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirmək məqsədilə BDU-da universitetdaxili “50+50” qrant proqramı təsis edilib. 2015-ci ildə müvafiq komissiyanın qərarı ilə 16 professor-müəllim heyətinə, 14 gənc (35 yaşa qədər) professor-müəllim heyətinə, 10 nəfər doktorant, dissertant və magistrant və 6 nəfər tələbəyə qrant verilib.

Bakı Dövlət Universitetində 150 000 AZN dəyərində təsərrüfat hesablı elmi-tədqiqat işləri də aparılır.

Bakı Dövlət Universiteti beynəlxalq əlaqələrin genişlənməsi və inkişafınada mühüm yer ayırır. Hesabat ilindəRespublikada və xarici ölkələrdə fəaliyyət göstərən 40 elmi təşkilat və ali təhsil müəssisəsi ilə anlaşma memorandumu və əməkdaşlıq müqaviləsi imzalanıb.

Sonra Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin yeni qurulmuş studiyası haqqında video-çarx nümayiş olunub və Fizika və Hüquq fakültəsi “İlin fakültəsi” adına layiq görülüb.

 

Mətbuat və informasiya şöbəsi, 06 aprel 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!