BDU-da EKOLOGLAR BURAXILIŞ İŞLƏRİNİ UĞURLA MÜDAFİƏ EDİBLƏR

21/06/2011

Bu gün Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində dördüncü kurs tələbələrinin buraxılış işlərinin müdafiəsi keçirilib. Buraxılış Müdafiə Komissiyasına Ekologiya və Təbii Sərvətlər nazirinin birincı müavini, AMEA-nın müxbir üzvü Novruz Quliyev rəhbərlik edib. Buraxılış Müdafiə Komissiyasının sədr müavini, Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, dosent Nazim Şəmilovun sözlərinə görə, fakültənin 15 tələbəsi öz buraxılış işlərini uğurla müdafiə ediblər. Buraxılış işlərinin mövzuları ölkəmiz üçün aktual olan ekologiya mövzularıdır (su hövzələrinin çirklənməsi, balıqlara və suda yaşayan digər canlılara ətraf mühitin təsiri və sair).

Xatırladaq ki, Ekologiya və torpaqşünaslıq fakültəsi prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən elan edilmiş «Ekologiya ili» çərçivəsində ölkə ali təhsil sistemində ilk olaraq Bakı Dövlət Universitetində yaradılıb. Yeni yaradılmış  və müasir avadanlıqlarla təchiz olunmuş fakültədə bakalavr pilləsi üzrə 3 ixtisas - “Ekologiya”, «Torpaqşünaslıq və aqrokimya», «Yer quruluşu, torpaq və şəhər kadastrı» ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.

Mətbuat və İnformasiya Şöbəsi, 21 iyun 2011-ci il.

(Material "Nedelya" qəzetində də yayımlanıb 24 iyun 2011-ci il)

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!