BDU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

29/12/2012

Bu gün Bakı Dövlət Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov deyib ki, bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Rektor xüsusi olaraq vurğulayıb ki, ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. Bu əlamətdar tarix ölkəmizin dünya dövlətləri arasında söz sahibinə çevrilməsinə, dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsi və təşkilatlanmasına böyük təkan verib. Rektor deyib ki, bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diaspor quruculuğu işinə böyük əhəmiyyət verməsi, bu prosesə hərtərəfli yardım göstərməsi nəticəsində xaricdəki həmvətənlərimizin birlik, həmrəylik telləri daha da güclənmiş, onlar müstəqil dövlətimizin təbliği işinə öz layiqli töhfələrini verməkdədirlər. Ötən ildə  respublikamız bütün sahələrdə böyük uğurlar əldə etmiş, iqtisadi inkişaf dinamikasına görə dünyanın aparıcı dövlətlərindən birinə çevirmiş, beynəlxalq nüfuzu yüksəlmiş, elmdə, təhsildə, idmanda, mədəniyyətdə möhtəşəm nailiyyətlərə imza atmışdır.

Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov çıxış etmiş, bu əlamətdar günün əhəmiyyətindən, Dünya Azərbaycanlılarının birlik və həmrəyliyindən bəhs etmişdir.

Tədbir bədii hissə ilə başa çatmışdır.

Mətbuat və informasiya şöbəsi, 30 dekabr 2011-ci il.

Material aşağıdakı yerli və xarici KİV-də də yayımlanıb: atvxeber.az, APA, azxeber.com.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!