BDU-da “Dəniz və enerji hüququ sahəsində əməkdaşlığın perspektiv istiqamətləri” mövzusunda tədbir keçirilib

28/04/2015

Bakı Dövlət Universitetinin hüquq fakültəsi ilə ABŞ-ın Tuleyn Universitetinin hüquq fakültəsinin birgə əməkdaşlığına həsr olunmuş “Dəniz və enerji hüququ sahəsində əməkdaşlığın perspektiv istiqamətləri” mövzusunda tədbir keçirilib. Universitetin rektoru, akademik Abel Məhərrəmov tədbirin əhəmiyyətindən və universitetlərarası münasibətlərdən söz açıb. BDU və Tuleyn Universiteti arasında 2012-ci ildə imzalanan niyyət protokoluna əsasən hüquq fakültəsinin iki tələbəsinin Tuleyn Universitetinin hüquq fakültəsində dəniz hüququ və enerji hüququ üzrə magistratura ixtisaslarında təhsil aldığını qeyd edən rektor bu layihənin gerçəkləşməsində SOCAR-ın maliyyə dəstəyi göstərdiyini xüsusilə qeyd edib.

ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta çıxışında universitetlərarası əməkdaşlıqdan söz açıb və tədbirin həm də ölkələrarası münasibətlərə müsbət töhfə verəcəyini qeyd edib. Tədbirdə həmçinin BDU-nun hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev və Tuleyn Universitetinin hüquq fakültəsinin dekanı Devid Mayer çıxış edib. Sonra hüquq fakültəsinin Tuleyn Universitetində dəniz və enerji hüququ üzrə magistratura ixtisaslarında təhsil almış iki tələbəsinə «ikili diplom» təqdim edilib.

Tədbirdə həmçinin Azərbaycan Respublikası Dövlət Dəniz Administarasiyası ilə Bakı Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb. Memorandumu rektor Abel Məhərrəmov və Administrasiyanın rəisi Qüdrət Qurbanov  imzalayıblar. Memorandum BDU-nun hüquq fakültəsində dəniz hüququ və enerji hüququ üzrə təhsil alan tələbələrin bu qurumda təcrübə keçmələri, birgə əməkdaşlıq kimi məsələləri nəzərdə tutur.

Mətbuat və informasiya şöbəsi, 28 aprel 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!