BDU-da “Dialoq” kitabının təqdimatı keçirilib

23/11/2017

Bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının dosenti Ayaz Musyaevin “Dialoq” kitabının təqdimatı keçirilib. Fakültənin professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi tədbiri açan kafedra müdiri, professor Cahangir Məmmədli informasiya cəmiyyəti quruculuğunda elmin, təhsilin önəmindən danışıb, kitab haqqında məlumat verib.

Kitabın redaktoru dosent Mahmud Mahmudov, rəyçi professor Akif Rüstəmov, Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, Jurnalistika fakültəsinin müəllimləri - Əli Hacıyev, Rəhilə Kəsəmənli, Zaur Babayev çıxışlarında kitabın əhəmiyyətindən danışıb, onu yüksək qiymətləndiriblər.

Sonda çıxış edən müəllif tədbirdə iştiraklarına, çıxışlara və təkliflərə görə qonaqlara təşəkkür edib, tələblərə kitabını  təqdim edib.

Qeyd edək ki, altı bölmədən ibarət  olan kitaba müəllifin müxtəlif illərdə dövri mətbuatda, eləcə də elektron saytlarda yer almış publisistik məqalələri, oçerkləri, resenziyaları, xatirələri, yumoristik yazıları və digər materialları daxil edilib. Kitab əsasən jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulsa da, geniş oxucu kütlələri də bu nəşrdən istifadə də bilərlər.

journalism.bsu.edu.az

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!