BDU-da dekan vəzifələrini tutmaq üçün sənəd qəbulu başa çatıb

04/05/2011

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən «Ali təhsil» müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydalarının təsdiqi barədə» verilmiş  400 saylı 09 mart 2011-ci il tarixli əmrə əsasən digər ali məktəblər kimi Bakı Dövlət Universiteti tərəfindən də boş olan dekan vəzifələrini tutmaq üçün elan edilmiş müsabiqəyə sənəd qəbulu başa çatıb.

Müsabiqəyə BDU-nun 17 fakültəsindən 15-i - Mexanika-riyaziyyat, Fizika, Kimya, Biologiya, Geologiya, Coğrafiya, Ekologiya və torpaqşünaslıq, Beynəlxalq münasibətlər və beynəlxalq  hüquq, Hüquq, Filologiya, Tarix, Şərqşünaslıq, Sosial elmlər və psixologiya, Kitabxanaçılıq - informasiya, İlahiyyat fakültələri qatılıblar. Təqdim olunmuş sənədlər BDU Elmi Şurasının 05 aprel 2011-ci il tarixli iclasının qərarını rəhbər tutaraq dekan və kafedra müdiri vəzifələrinə təyinolunmanın şəffaf və obyektiv aparılmasını təmin etmək məqsədilə yaradılmış komissiya tərəfindən araşdırılır. 15 nəfərlik komissiyanın sədri tanınmış alim, akademik Vasim Məmmədəliyevdir.

Komissiya dekan vəzifəsinə iddiaçılar haqqında fakültənin tərkibində olan bütün kafedraların rəyini nəzərə almalı, sonra iddiaçılarla fərdi müsahibə aparılmalı, onların idarəetmə sahəsində bacarıq və qabiliyyətlərini, peşə hazırlığını, elmi-pedaqoji fəaliyyətini, kollektiv arasında nüfuzunu müəyyənləşdirmək üçün anket sorğuları keçirilməli, ekspertlər və kafedraların rəyləri araşdırılmalı, komissiya iclasında müzakirə edilməlidir. Hər bir iddiaçı barədə araşdırmaların nəticələri səs çoxluğu ilə qiymətləndirilməli və elan edilməlidir. Onların həmin vəzifəyə təyin olunub-olunmamasının məqsədəuyğunluğu barədə rektorluğa təqdimat verilməlidir.

Məlumat üçün qeyd edək ki, dekan seçkiləri fakültələrdə canlanma yaratmış, müəllimlər maraqla bu məsələyə qatılmışlar. Ötən illərdə keçirilmiş seçkilərdən fərqli olaraq bu dəfə hər fakültədə ən azı 3 nəfər, bəzi fakültələrdə isə 8 nəfər dekan yerini tutmaq üçün sənəd vermişdir.

Sonda onu da xatırladaq ki, digər iki fakültənin – Jurnalistika, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanlarının səlahiyyət müddətləri başa çatdıqdan sonra həmin fakültələrdə də müsabiqə elan ediləcəkdir.

Növbəti mərhələdə kafedra müdiri vəzifəsini tutmaq üçün də müsabiqə elan ediləcəkdir.

Mətbuat və İnformasiya şöbəsi, 04 may 2011-ci il.

(Material APA, www.milli.az, www.azxeber.com, news.xazar.com, az.news.educations, www.tezadlar.az, oxumeni.az, www.kaspi.az, www.metbuat.az, sonxeber.az informasiya agentliyində və xəbər portallarında da yayımlanıb 05- may 2011-ci il)

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!