BDU-da “Cinayət-prosessual qanunvericiliyin mənbələrinin elmi-nəzəri əsasları və hüquqi xarakteristikası” monoqrafiyasının təqdimat mərasimi keçirilib

12/03/2015

BDU-nun Hüquq fakültəsinin magistrantı Qaya Əliyevin bu yaxınlarda “Elm və Təhsil” nəşriyyatı tərəfindən “Azərbaycan Hüquq İslahatları Mərkəzi”-nin maliyyə dəstəyi və sifarişi ilə kütləvi tirajla, nəfis tərtibatda işıq üzü görmüş “Cinayət-prosessual qanunvericiliyin mənbələrinin elmi-nəzəri əsasları və hüquqi xarakteristikası” mövzusunda monoqrafiyasının təqdimat mərasimi keçirilib.

“İrəli” İB-nin ofisində keçirilən tədbiri açan Birliyin sədri Mirhəsən Seyidov əsərin əhəmiyyəti və Azərbaycan elmində rolu barədə məruzə edib. 
Daha sonra, monoqrafiyanı milli cinayət-prosessual hüquq elminin inkişafı sahəsində mühüm bir addım kimi qiymətləndirən hüquq elmləri üzrə fəlsəfə doktoru Z.Əzimov müəllifin elmi yaradıcılıq texnikası, əsərin ərsəyə gəlmə tarixçəsi və monoqrafiyanın elmi yeniliyi haqqında geniş söhbət açıb, məhz magistrantın belə bir spesifik sahədə monoqrafiya qələmə alması və geniş hüquq ictimaiyyəti tərəfindən qəbul edilməsi, Azərbaycan hüquq elminin görkəmli simalarının bu əsərə müsbət rəy verməsinin özlüyündə milli hüquq elmində nadir hadisə olduğunu vurğulayıb. 
Daha sonra, bütün hüquq sahələrində olduğu kimi cinayət-prosessual hüquq sahəsində də Azərbaycan dilində yeni nəsil hüquq ədəbiyyatının yaradılmasının vacibliyinə toxunan tanınmış hüquqşünas, “Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov əsərin bu baxımdan olduqca mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. 
Tədbirin təşkilatçılarına minnətdarlığını bildirən Qaya Əliyev cinayət-prosessual qanunvericiliyin inkişaf dinamikasından, monoqrafiyanın aktuallığından geniş söhbət açıb və əsər barədə tədbir iştirakçılarını məlumatlandırıbr. 
Xatırladaq ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin mənbələrinin konseptual əsaslarının tədqiq olunduğu monoqrafiyanın elmi redaktoru görkəmli hüquqşünas alim Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun «Cinayət hüququ və cinayət prosesi» şöbəsinin baş elmi işçisi, hüquq elmləri doktoru, professor Mirağa Cəfərquliyevdir. Kitabın rəyçiləri - AMEA – nın Fəlsəfə və Hüquq İnstitutunun direktor müavini, hüquq elmləri doktoru, professor Bəhram Zahidov, BDU-nun «Cinayət hüququ və kriminologiya» kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor Firudin Səməndərov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının «Dövlət quruculuğu və hüquq» kafedrasının müdiri, hüquq elmləri namizədi, dosent Fəxrəddin Nağıyev, hüquq elmləri üzrə fəlsəfə doktoru Zaur Əzimov və başqalarıdır.

Mətbuat və İnformasiya şöbəsi, 12 mart 2015-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!