BDU-da böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

28/11/2012

Bu gün Bakı Dövlət Universitetində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib. Konfransı giriş sözü ilə açan BDU-nun rektoru akademik Abel Məhərrəmov böyük şairin həyat və yaradıcılığından, ədəbiyyata, cəmiyyətə verdiyi töhfələrdən danışıb. Ümummilli lider Heydər Əliyevin böyük mütəfəkkir haqqında dediyi “Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərs kitabıdır”, sözlərini xatırladan rektor ulu öndərimizin dahi Cavidin xatirəsinin əbədiləşdirilməsindəki xidmətlərində də danışıb.

Daha sonra Filologiya fakültəsinin dekanı, dosent Məhərrəm Vəliyev məruzə ilə çıxış edərək Hüseyn Cavidin yaradıcılığının əsas ideya istiqamətindən, müasir cəmiyyətdəki rolu və əhəmiyyətindən danışıb.

Daim həqiqət, ədalət və səadət axtarmaq yollarında çırpınan romantik qəhrəmanlarının bir çoxu kimi H.Cavid özü də həmişə axtarışlarla dolu mürəkkəb, dalğın, iztirablı həyat yaşayıb. Hüseyn Cavid ədəbiyyatımızı mövzular aləmi ilə zənginləşdirib, dramaturgiyamıza həyati konfliktlər, böyük ehtiraslı parlaq xarakterlər gətirib. O, öz qəlbini riqqətə gətirən mövzuları qələmə alıb, həmişə bəşəri ideyalardan söz açıb, dramaturgiyamızda romantizm cərəyanının ən parlaq nümayəndəsi olub. Daha sonra professorlar Qara Namazov və Tofiq Hacıyev çıxış ediblər.

Natiqlərin çıxışlarından sonra filologiya fakültəsinin tələbələri mütəfəkkir şair, gözəl dramaturq və böyük filosofun əsərlərindən ibarət səhnəcikləri  nümayiş etdiriblər.

Mətbuat və İnformasiya şöbəsi, 28 noyabr 2012-ci il.

Material aşağıdakı yerli və xarici KİV-də də yayımlanıb: APA, salamnews, novoteka.ru, AzerTac, qafqazinfo, azadinform.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!