BDU-da Britaniya Şurası tərəfindən ali təhsil müəssisələrinin beynəlxalq əlaqələr mütəxəssisləri üçün kurslar keçirilir

23/01/2013

Bu gün Bakı Dövlət Universitetində Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq əlaqələr sahəsində çalışan mütəxəssisləri üçün “Azərbaycan universitetlərinin beynəlxalq əlaqələr departamentinin inkişafı”  üzrə  ikinci təlim kursları start götürüb. Təlim kursları Britaniya Şurası tərəfindən (British Council) dəvət edilmiş  beynəlxalq ekspertlər tərəfindən aparılır.

Təlimlərdə BDU, Neft Akademiyası, Xəzər, Odlar Yurdu, Qərb, Qafqaz, Bakı Slavyan, Azərbaycan İqtisad, Gəncə, Naxçıvan və sair universitetlərinin   Beynəlxalq əlaqələr departamentlərinin nümayəndələri iştirak edirlər. Təlimlərin ilk günündə iştirakçılar öz fəaliyyətləri haqqında məlumat verib, öz veb saytlarını təqdim edib və ERASMUS MUNDUS kimi beynəlxalq proqramlarda universitetlərin iştirakından danışıblar.

Təlimlər yanvar ayının 25 kimi davam edəcək. Kursu uğurla bitirən iştirakçılar üçün gələcəkdə İngiltərəyə tanışlıq səfərinin təşkil olunması nəzərdə tutulur.

Mətbuat və İnformasıya Şöbəsi, 23 yanvar 2013.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!