BDU-da “Bəkir Çobanzadə və türkologiyanın müasir problemləri” mövzusunda Respublika elmi konfransı keçirilir

31/05/2013

Bu gün Bakı Dövlət Universitetində görkəmli dilçi alim, ədib professor Bəkir Çobanzadənin 120 illik yubilüyinə həsr olunmuş “Bəkir Çobanzadə və türkologiyanın müasir problemləri” mövzusunda Respublika elmi konfransı öz işinə başlayıb.

Konfransın plenar iclasını giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov konfransın əhəmiyyətindən və B. Çobanzadənin Azərbaycan elminə verdiyi töhfədən bəhs edib, onun yaradıcılığından danışıb.

Daha sonra AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyev “Bəkir Çobanzadənin elmi fəaliyyəti” adlı məruzə ilə çıxış edib, B. Çobanzadənin şeirləri dinlənilib.

Qeyd edək ki, konfrans  öz işini üç bölmədə davam etdirir, ümumən 72 məruzə dinləniləcək.

Mətbuat və İnformasiya şöbəsi, 31 may 2013-cü il.



 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!