BDU-da Bilik günü keçirilib

15/09/2012

15 sentyabr - Bilik günü münasibətilə Bakı Dövlət Universitetində tədbir keçirilib. Universitetin rektoru, akademik Abel Məhərrəmov tələbələri, onların valideynlərini, müəllim və tədbir iştirakçılarını təbrik edib. Bu il universitetə 3472 nəfər tələbənin qəbul olunduğunun deyən rektor onlardan 219 nəfərinin 600-dən, 49 nəfərin isə 650-dən yuxarı bal topladığını diqqətə çatdırıb. Abel Məhərrəmov xüsusi olaraq qeyd edib ki, dünyada mövcud olan 150 minədək universitetdən yalnız 20 min top universitet sayılır ki, bu günlərdə həmin universitetlərdən 700-nün adı açıqlanmış, ötən il olduğu kimi, bu il də həmin siyahıda Bakı Dövlət Universiteti yer tutmuşdur. Bu bizim hər birimizin, o cümlədən siz tələbələrin məsuliyyətini bir qədər də artırmış olur. Çünki təkcə universitetimizin deyil, həm də xalqımızın, ölkəmizin gələcəyi sizin əlinizdədir. Bu gün respublikamızın iqtisadi və siyasi sahədə əldə etdiyi uğurları, beynəlxalq nüfuzu qoruyub saxlamaq və inkişaf etdirmək sizin əlinizdədir. Çalışın, sizə yaradılan şəraitdən səmərəli istifadə edərək öncə özünüzü, sonra isə sizin intellektinizə arxalanacaq alimlərimizin gücünü, sizə inanan valideynlərinizin, ən əsası da universitetimizin etimadını doğruldasınız. Rektor Abel Məhərrəmovun sözlərinə görə, beynəlxalq aləmdə özünə böyük hörmət və nüfuz qazanan prezident İlham Əliyevin «Biz iqtisadi potensialımızı intellekt kapitalına çevirməliyik» devizi ilə təhsilin Avropa standartlarına uyğunlaşdırılması, onun maddi-texniki bazasının inkişafı ilə bağlı qarşıya qoyduğu məqsədlər artıq reallığa çevrilməkdə, gerçək həllini tapmaqdadır. Vətənimizdə kamil şəxsiyyətin, hərtərəfli biliklərə malik vətəndaşların formalaşması üçün kifayət qədər yüksək imkanlar yaradılır. Yüzlərdə gəncin Avropanın qabaqcıl təhsil ocaqlarına göndərilməsi, təhsil islahatlarının uğurla həyata keçirilməsi, “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın Azərbaycan Prezidenti tərəfindən imzalanması özünəməxsus təhsil və tədris ənənələri olan ölkəmizin işıqlı gələcəyindən xəbər verir.

BDU-nun hər il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə getdiyini deyən rektor fizika, kimya, biologiya, coğrafiya, ekologiya, jurnalistika, o cümlədən humanitar fakültələrin elmi-tədqiqat, tədris laboratoriyalarının yeni avadanlıqlarla təmin olundugunu, bir sıra laboratoriyaların yenidən quruldugunu, yataqxana kompleksinin layihələndirmə işlərinin artıq başa çatdırıldıgını da qeyd edib. Məlum olub ki, fizika fakültəsinin Nanoaraşdırmalar laboratoriyasına dəyəri 1 milyon 200 min dollar olan JSM – 7600 F elektromikroskop və Mini Flex 600 Rentgen difraktometr, kimya fakültəsinə dəyəri 100 min dollar olan qazxromotoqrof, biologiya fakültəsinə neyrospektr və mikroskoplar, coğrafiya fakültəsinə CPS cihaz avadanlıqları alınıb, ekologiya fakültəsinin bioekologiya laboratoriyası və jurnalistika fakültəsinin İnternet Televiziyasının yayımı üçün otaq istifadə üçün tam hazır vəziyyətə gətirilib. Bu tədris ilindən həmçinin universitetin Quba rayonunda Tədris-Təcrübə Bazası istifadəyə hazırdır. 8 hektar ərazini əhatə edən Tədris-Təcrübə bazası 5 mərtəbəlidir və 400-ə yaxın universitet əməkdaşı və tələbə üçün nəzərdə tutulub. Yataqxana kompleksnin layihələndirmə işləri başa çatdırılıb. Müasir – otel tipli yataqxanaların inşası nəzərdə tutulur.

Daha sonra İlahiyyat fakültəsinin dekanı, professor  Vasim Məmmədəliyev, 695 bal toplamış tələbə Emil Məmmədli çıxış ediblər. Sonda akademik Abel Məhərrəmov yüksək bal toplayan gənclərə tələbə biletlərini, universitetin tarixini əks etdirən bukleti təqdim edib, onları bir daha təbrik edərək birlikdə xatirə şəkli çəkdirib. Universitetin və respublikamızın 3 rəngli bayraqları dövlət himnin sədaları altında yuxarı qaldırılıb.

Mətbuat və informasiya şöbəsi, 15 sentyabr 2012-ci il.

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!