BDU-da Beynəlxalq Tolerantlıq günü qeyd edilib

17/11/2016

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində  Beynəlxalq Tolerantlıq gününə həsr olunmuş tədbir keçirilib. Müəllim və tələbələrin iştirak etdiyi tədbirdə çıxış edən dekan, professor Hikmət Əlizadə 2016-cı ilin Prezident İlham Əliyevin sərəncamı ilə “Multikulturalizm ili” elan edilməsindən, o cümlədən ölkəmizin tolerantlıq məkanına çevrilməsindən bəhs edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov mərkəzin fəaliyyəti barədə məlumat verərək Azərbaycanda bu sahədə uğurlu siyasətin aparıldığını vurğulayıb.

Daha sonra Sosiologiya kafedrasının  professoru Kazım Əzimovun “Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan modeli” adlı məruzəsi dinlənilib.

Qeyd edək ki, tədbir  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə təşkilatçılıq nəticəsində reallaşıb.

Mətbuat və informasiya şöbəsi, 17 noyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!