BDU-da Beynəlxalq Ərəb Dili Günü qeyd edilib

18/12/2017

Bakı Dövlət Universitetində 2017-ci il -“İslam Həmrəyliyi İli” çərçivəsində 18 dekabr - Beynəlxalq Ərəb Dili Gününə həsr edimiş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə təşkilatçılığı ilə 18-22 dekabr tarixlərində ölkəmizdə səfərdə olan Misirin Süveyş Kanalı Universitetinin ərəb dili və ədəbiyyatı üzrə professoru Əbdül Rəhim Əl-Kurdi, Misirin məşhur xəttatı Mustafa Məhəmməd Amri,o cümlədən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi iştirak ediblər.

Şərqşünaslıq fakültəsinin dekanı,professor Elxan Əzizov tədbiri açaraq BDU-da ərəb dilinin və ədəbiyyatının tədris olunmasından bəhs edib,  bu sahədə universitetində məktəbin formalaşdığını vurğulayıb.

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi çıxışında ərəb dilinin 1973-cü ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assembleyasında qurumun rəsmi dili elan edildiyini deyib. 2010-cu ildən etibarən 18 dekabr tarixinin Beynəlxalq Ərəb Dili günü kimi qeyd olunduğunu diqqətə çatdıran Əhməd Sami Elaydi gələn ildən Misirdə ərəb dili və ədəbiyyatını daha da təkmilləşdirmək məqsədilə BDU tələbələri üçün on nəfərlik kvota ayrıldığını bildirib.

Bilik Fondunun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində tələbələr qarşısında mühazirə söyləyən Misirli professor Əbdül Rəhim Əl-Kurdi ərəb dilinin tarixi və indiki inkişaf mərhələsi barədə fikirlər səsləndirib. O, bildirib ki, ərəb dili beynəlxalq sənədlərin qeydə alındığı rəsmi bir dil kimi Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edildikdən sonra onun öyrənilməsinə tələbat artdı.

Sonra Misirin tanınmış xəttatı Mustafa Mühəmməd Amri təqdimatla çıxış edib.

Tədbirin sonunda universitetin foyesində xətattlıq əsərlərindən təşkil edilmiş sərgiyə baxış keçirilib, qonaqlar tələbələrin suallarını cavablandırıblar.

Mətbuat və informasiya şöbəsi, 18 dekabr 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!