BDU-da “Bakı-2015. İlk Avropa oyunlarına dəstək” adlı tədbir keçirilib

26/05/2015

Bakı Dövlət Universitetində “Bakı-2015. İlk Avropa oyunlarına dəstək” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov ilk Avropa Oyunlarının təşkili və görülən işlər barədə danışıb və Bakının Olimpiya oyunlarına tam hazır olduğunu bildirib. Qeyd edib ki, bu hazırlığın kökündə Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, Bakı-2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın davamlı olaraq olimpiya oyunlarının keçiriləcəyi obyektlərə, idman qurğularına baş çəkməsi, eyni zamanda idmançılarımıza göstərdikləri diqqət və qayğı dayanır. Rektor onu da bildirib ki, Avropa oyunlarının ölkəmizdə keçirilməsinə əsas səbəblərdən biri güclü beynəlxalq nüfuzumuz, Azərbaycan əhalisinin Olimpiya oyunlarının Bakıda keçirilməsini arzulaması və dəstəkləməsi, eyni zamanda, ölkəmizdə yaradılmış idman infrastrukturunun dünya səviyyəsinə, dünya standartlarına cavab verməsi ilə bağlıdır.

Daha sonra Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin baş əməliyyat direktoru Saymon Kleq, Bakı Dövlət Universitetinin könüllüləri adından tarix fakültəsinin 1-ci kurs  tələbəsi Səadət Qarayeva və coğrafiya fakültəsinin 3-cü kurs tələbəsi Eltac Cəbiyev çıxış ediblər.

Bildirilib ki, "Bakı-2015" Avropa idman tarixində yeni səhifə açacaq. Bu tarixin açılmasına və yazılmasına ölkə prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, Azərbaycan ictimaiyyəti və minlərlə könüllü Azərbaycan gənci dəstək verəcək.

Tədbirdə Bakı-2015. İlk Avropa oyunları haqda videoçarxlar nümayiş edilib və Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin baş əməliyyat direktoru Saymon Kleq “BDU-nun Fəxri qonağı” mukafatı ilə təltif olunub.


Mətbuat və informasiya şöbəsi, 26 may 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!