BDU-da Atatürkü anma, Gənclik və İdman Bayramı qeyd edilib

18/05/2012

Bu gün Bakı Dövlət Universitetində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü anma, Gənclik və İdman Bayramı qeyd edilib. Bayram M.Kamal Atatürkün 1919-cu il mayın 19-da silahdaşları ilə birlikdə Samsun səfərinə, yadelli işğalçılara qarşı müqavimət hərəkatına başçılıq etməsinə həsr olunub. Ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra hər iki ölkənin dövlət himnləri səslənib. Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov bu günü böyük tarixi bayram adlandırıb, Atatürkün Türkiyə həyatında oynadığı roldan, əbədiyaşar ideyalarından bəhs edib. Azərbaycan-Türkiyə münasibətlərindən, bu əlaqələrin dostluq, qardaşlıq, tərəfdaşlıq zəminində inkişafından danışan Abel Məhərrəmov Türkiyədə də Ümummilli lider Heydər Əliyevin anım günlərinin keçirildiyini, Türkiyənin müxtəlif şəhərlərində onun abidələrinin ucaldığını qeyd edib. Akademik eyni zamanda, türk dünyasının parlaq gələcəyinə inandığını bildirərək ötən il Avrovizion yarışmasında qalib gələn Eldar və Nigarın səhnəyə Türkiyə və Azərbaycan bayraqları ilə çıxmasının Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin  sarsılmaz olduğunu göstərdiyini qeyd edib.

Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıc isə ölkəsinin tarixindən, inkişaf mərhələlərindən, regionda nüfuzundan, dünya siyasətinə təsirindən, beynəlxalq təşkilatlarla işbirliyindən, onun səlahiyyətli qurumlarında təmsilçiliyindən bəhs edib. Tədbirdə Türkiyə səfirliyinin təhsil müşaviri Halis Koyuncuoğlu da çıxış edib.

Tədbirdə maraqlı konsert proqramı da nümayiş olunub.

BDU-nun Mətbuat informasiya şöbəsi, 18 may 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!