BDU-da Atatürkü anma, Gənclik və İdman Bayramı qeyd edilib

19/05/2011

Bu gün Bakı Dövlət Universitetində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü anma, Gənclik və İdman Bayramı qeyd edilib. Bayram ulu öndərin 1919-cu il mayın 19-da silahdaşları ilə birlikdə Samsun səfərinə, yadelli işğalçılara qarşı müqavimət hərəkatına başçılıq etməsinə həsr olunub. Ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra hər iki ölkənin dövlət himnləri səslənib. Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov bu günü böyük tarixi bayram adlandırıb, Atatürkün Türkiyə həyatında oynadığı roldan, əbədiyaşar ideyalarından bəhs edib. Azərbaycan-Türkiyə münasibətlərindən, bu əlaqələrin dostluq, qardaşlıq, tərəfdaşlıq zəminində inkişafından danışan Abel Məhərrəmov deyib ki, dünyada 10-a yaxın dövlətin, o cümlədən Azərbaycan və Türkiyənin ümummilli lideri var. Bir millət olaraq iki böyük dövlət xadimi və xilaskarla hər zaman fəxr edəcəyik. Akademik eyni zamanda, türk dünyasının parlaq gələcəyinə inandığını söyləyib, gəncləri vətənpərvərliyə, birliyə, bütün Türk dünyasına layiqli övlad olmağa səsləyib.

Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıc ölkəsinin tarixindən, inkişaf mərhələlərindən, regionda nüfuzundan, dünya siyasətinə təsirindən, beynəlxalq təşkilatlarla işbirliyindən, onun səlahiyyətli qurumlarında təmsilçiliyindən bəhs edib. Tədbirdə səfirliyin təhsil üzrə müşaviri Halis Koyuncuoğlu da çıxış edib.

Tədbirdə maraqlı konsert proqramı da nümayiş olunub.

Mətbuat İnformasiya şöbəsi, 19 may 2011-ci il.

(Material Azadİnform, APA, AzerTac, Modern, Ucnoqte.az, Qafqaz.info, Lent.az, Azxeber.com, novoteka.ru  informasiya agentliyində, xəbər portallarında  və "Respublika", "Yeni Azerbaycan", "Xalq qəzeti", "Üçnöqtə", "Novoye vremya", "Komsomolskaya pravda" qəzetlərində də yayımlanıb 19-24 may 2011-ci il)

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!