BDU-da çalışan xarici müəllimlərlə Novruz şənliyi keçirilib

17/03/2014

Bu gün Bakı Dövlət Universitetində Novruz bayramı ərəfəsində universitetdə çalışan xarici ölkə vətəndaşları olan müəllimlərlə görüş keçirilib. Tədbir Universitet xorunun ifasında beynəlxalq tələbə himni olan “Qaudams” ilə açılıb. Sonra çıxış edən rektor akademik Abel Məhərrəmov iştirak edənləri, o cümlədən Bakı Dövlət Universitetində çalışan xarici ölkə vətəndaşları olan müəllimləri Novruz bayramı münasibətilə təbrik edib. Novruz bayramına xalqımız tərəfindən verilən yüksək dəyərdən, bu bayramın tarixindən danışıb.  Rektor Bakı Dövlət Universitetinin tarixi  və bu günündən, son illər təhsil  sahəsində beynəlxalq əlaqələrin inkişafı istiqamətində dövlət səviyyəsində görülən işlərdən bəhs edib.   Bu istiqamətdə həyata keçirilən layihələr, anlaşma memorandumları, mübadilə proqramlarına toxunan rektor  görülən bu tədbirlərin sırasında  ən önəmlisinin xarici ölkələrdən mütəxəssislərin BDU-da tədrisə cəlb edilməsi olduğunu bildirib. Hazırda Bakı Dövlət Universitetinin professorlarının, alimlərinin, məzunlarının dünyanın 30-dan çox ölkəsində, ən qabaqcıl 100-dən çox universitetdə çalışdığını bildirib. Son illər ABŞ, Almaniya, Yaponiya, Fransa, Türkiyə, Çin və müxtəlif ölkələrdən BDU-ya mütəxəssislərin cəlb edildiyini qeyd edən rektor onlara ölkəmizdəki fəaliyyətlərinə,  Azərbaycan gənclərinin daha yüksək təhsil almasına yönəlmiş zəhmətlərinin həm də bizim xalqlarımız, dövlətlərimiz arasındakı münasibətlərin daha da yaxşılaşmasına xidmət etdiyini söyləyib.

Daha sonra televiziya və radio jurnalistika kafedrasının müdiri Aynur Kərimova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gülheyran Rəhimova, ABŞ-ın Fulbrayt proqramı çərçivəsində  universitetin Tətbiqi riyaziyyat  fakültəsində dərs deyən Sari Sarraf  Hamed və başqaları çıxış ediblər. Sari Sarraf Hamed BDU-da yaradılan şəraitə görə təşəkkür edərək, əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Tədbir muğam sədaları altında milli bayram şirniyyatları ilə bəzədilmiş süfrə arxasında davam edib.

Mətbuat və informasiya şöbəsi, 17 mart 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!