BDU-da akademik Zərifə Əliyevanın 90 illiyinə həsr olunmuş III Beynəlxalq Elmi Konfrans keçirilib

07/05/2013

Bu gün BDU-da görkəmli oftalmoloq  alim, akademik Zərifə Əliyevanın 90 illiyinə həsr olunmuş Gənc Alimlərin və Tədqiqatçıların “Müasir Biologiyanın İnnovasiya Problemləri” adlı III Beynəlxalq Elmi Konfrans keçirilib.

Konfransın plenar iclasını giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın həyatı və fəaliyyəti barədə danışıb. Rektor deyib ki, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanan Zərifə xanımın elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.

Daha sonra Elm və İnnovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə “Görkəmli oftalmoloq alim, yüksək mədəniyyət sahibi, nümunəvi ziyalı, akademik Zərifə Əliyeva haqqında” və Biologiya fakültəsinin dekanı, professor Akif Quliyev “Müasir biologiyanın son nailiyyətləri” adlı məruzələrlə ilə çıxış ediblər.

Konfrans  işini bölmələrdə davam etdirib.

“Bitki fiziologiyası, biokimya, biofizika və molekulyar biologiya”, “Zoologiya”, “İnsan və heyvan fiziologiyası və genetika” və “Botanika və mikrobiologiya” 120-dən çox məruzə dinləniləcək.

Mətbuat və İnformasiya şöbəsi, 07 may 2013-cü il.



 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!