BDU-da “Çağdaş dövr və təhsil” mövzusunda konfrans keçirilib

08/05/2017

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Çağdaş dövr və təhsil” mövzusunda IX  Ümumrespublika elmi-praktik konfrans keçirilib.

Konfransın plenar iclasını açan universitetin rektoru, akademik Abel Məhərrəmov ulu öndər Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar, vətən, xalq qarşısındakı tarixi xidmətlərindən bəhs edib. Bildirib ki, ulu öndərin ideyalarını hər sahədə uca tutan, onları praktik şəkildə gerçəkləşdirən prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində xalqın milli-mənəvi, mədəni və elmi-intellektual potensialının gücləndirilməsi məqsədi ön planda dayanır.

Sonra çıxış edən Bakı Mühəndislik Universitetinin professoru Əjdər Ağayev, Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə, Azərbaycan Respublikası Təhsil İnstitutunun əməkdaşı Murat Kadifeci ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaradıb, xalqı həqiqi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq hüququ qazanıb.

Konfrans işini bölmə iclaslarında davam etdirib. Beş bölmədə ümumilikdə 175 məruzə dinlənilib.

Mətbuat və informasiya şöbəsi, 08may, 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!