Abuzər Xələfovun 80 illik yubileyi keçirilib

23/12/2011

Bu gün Bakı Dövlət Unversitetində Əməkdar elm xadimi, Əməkdar mədəniyyət işçisi, universitetin kafedra müdiri, prezident təqaüdçüsü, “Şöhrət” ordenli, tarix elmləri doktoru, professor Abuzər Xələfovun anadan olmasinin 80, elmi-pedaqoji fəaliyyətinin 60 illiyi münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov bildirib ki, Abuzər Xələfov Azərbaycanda milli kitabxanaşünaslIq elmi məktəbinin yaradıcısı, ali kitabxanaçılıq-informasiya təhsilinin təşkilatçısı, görkəmli elm, təhsil və mədəniyyət xadimidir. Rektor deyib ki, Abuzər müəllim uzun illər boyu elmin və təhsilin tərəqqisinə çalışıb, onun milli koloritlərini zənginləşdirərək beynəlxalq nüfuzunu yüksəldib, xalqımızın adını daim uca tutub. Elə bu səbəbdəndir ki, professor səmərəli elmi-pedaqoji və ictimai-mədəni fəaliyyətilə həm Azərbaycanda, həm də xarici ölkələrdə geniş şöhrət qazanıb. Akademik bildirib ki, 50 ildən artıqdır ki, kitabxana işinin tarixi və nəzəriyyəsi problemlərilə məşğul olan, kitabxanaçIılıq təhsilinin nəzəri və metodoloji məsələlərini hazirlayıb tətbiq edən, ali kitabxanaçılıq təhsilinin müasir konsepsiyasının əsasını formalaşdıran, bununla da bu elmin inkişafinda və böyük bir kitabxanaçılar nəslinin yetişməsində müstəsna xidmətləri olan A.Xələfovun vətən və cəmiyyət, elm, mədəniyyət və təhsilin inkişafindakı xidmətləri ümummilli liderimiz Heydər Əliyev və onun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən öz dəyərli qiymətini alıbdır.

Professor Abuzər Xələfovun həyatı, elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında dosent Knyaz Aslan məruzə edib, sonra çıxışlar və təbriklər olub.

Təhsil naziri Misir Mərdanov yubilyarı təbrik edərək onunla bağlı xatirələri ilə bölüşüb. Qeyd edib ki, hələ cavan yaşından professor Abuzər Xələfov böyük hörmətə sahib, sözü keçərli  bir insan olub. Qarşısına çıxan çətinliklərə baxmayaraq, Abuzər Xələfovun Kitabxanaçılıq-İnformasiya fakültəsini yaratdığını qeyd edən nazir Təhsil Nazirliyində keçirilən müvafiq görüşlərdə onun şura rəhbəri kimi dəyərli məsləhətlər verməsindən danışıb. Yubilyarın ən böyük xüsusiyyətlərindən danışan nazir onun ailə imkanlarını elmə, təhsilə sərf etməsinin şahidi olduğunu qeyd edib.

Tədbirdə ADPU-nun rektoru, professor Yusif Məmmədov, akademik Vasim Məmmədəliyev, professor Vasif Babazadə, dosent Çingiz Həsənov, BDU Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Fikrət Şiriyev, Kitabxanaçılıq-İnformasiya fakültəsinin dekanı, professor Xəlil İsmayılovun və başqa qonaqlar professor Abuzər Xələfovun yaradıcılıq yolundan danışıb onu yubileyi münasibəti ilə təbrik ediblər.

Mətbuat və informasiya şöbəsi, 23 dekabr 2011-ci il.

Material aşağıdakı yerli və xarici KİV-də də yayımlanıb: AzerTac, APAmerkez.az, azadinform

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!