BDU-da Abay Mərkəzinin açılışı olub

13/05/2011

Bu gün Bakı Dövlət Universitetində qazax şairi, yazıçısı, ictimai xadimi, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayev adına Mərkəzin rəsmi açılışı olub.

Azərbaycan və qazax xalqları arasındakı mədəni əlaqələri daha da inkişaf etdirmək məqsədilə yaradılan Mərkəzi Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli Universitetinin rektoru, professor Baxıtcan Abdraim açıblar.

Tədbirin rəsmi hissəsi BDU-nun Heydər Əliyev Məktəbində davam edib.  Qonaqları və tədbir iştirakçılarını salamlayan rektor, akademik Abel Məhərrəmov Abay Mərkəzinin BDU-da açılmasını yalnız universitetin deyil, hər iki xalqın həyatında əlamətdar hadisə hesab edib. Azərbaycan və qazax xalqlarının qardaşlığından danışan rektor, onların eyni mədəniyyətə, eyni tarixi köklərə və eyni dilə malik olduqlarını qeyd edib. Akademik Abel Məhərrəmov bildirib ki, tarixlər boyunca xalqlarımız arasında olan əlaqələrin daha da inkişafında ən böyük uğur ümummilli lider Heydər Əliyev və qazax xalqının lideri Nursultan Nazarbayevin birgə səyləri nəticəsində əldə edilmişdir. Həmin siyasət bu gün respublika prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.

Tədbirdə Qazaxıstan Respublikası Prezident Administrasiyasının daxili siyasət şöbəsinin müdiri Darxan Mınbay, Lev Qumilyov adına Avrasiya Milli Universitetinin rektoru, professor Baxıtcan Abdraim, Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serik Primbetov çıxış edərək Azərbaycan-Qazaxıstan əlaqələrindən danışıb, mərkəzin fəaliyyətə başlamasının əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, mərkəz Azərbaycan və Qazaxıstan mədəni əlaqələrinin daha da intensivləşməsinə xüsusi töhfə verəcək.

Qeyd edək ki, səfər çərçivəsində Avrasiya Milli Universitetinin professor-müəllim heyətini təmsil edən qonaqlar BDU-nun filologiya, tarix, fizika, kimya, tətbiqi riyaziyyat və kibernetika fakültələrində görüşlər keçirərək ikitərəfli maraq doğuran məsələləri müzakirə ediblər.

Mətbuat İnformasiya şöbəsi, 13 may 2011-ci il.

(Material SIA, APA, AzerTac, AzadInform, Repoter,KAZINFORM, AZE.az, Lent.az, modern.az, Inform.kz, spy.kiz, Salamnews.org, www.icmal.az, ann.az, www.525.az, www.ilk10.az, www.ekspress.az, reportyor.com, news.xazar.com, www.xalqqazeti.com, news.bcm.ru, art.gazeta.kz, 100storon.ru, www.novoteka.ru, www.enu.kz, www.echo-az, www.ania-news, ru.dojak.net, kazradio.kaztrk.kz, old.inforotor.ru, allplaers.ru informasiya agentliklərində və xəbər portallarında və "Azərbaycan", "Xalq qəzeti", "Yeni Azərbaycan", "Respublika", "Ekspress", "Komsomolskaya pravda", "CBN Extra"  qəzetlərində də yayımlanıb 13-20 may 2011-ci il)


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!