Ekologiya fakeltəsində Heydər Əliyevin 90 illiyinə həsr olunmuş Respublika Elmi Konfrans keçirilib

07/05/2013

Bu gün BDU-da  ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə  həsr olunmuş “XXI əsrdə ekologiya və torpaqşunaslIq elmlərinin aktual problemləri ” mövzusunda Respublika Elmi Konfrans keçirilib.

Konfransın plenar iclasını giriş sözü ilə açan Elm və innovasiyalar üzrə prorektor Aydın Kazımzadə ümummilli liderin həyatı və fəaliyyəti barədə danışıb, onun Azərbaycan Ekologiya və Torpaqşunasliq elmlərinin inkişafındakı əvəzsiz xidmətlərini qeyd edib.

Daha sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov “Ulu öndərimiz Heydər Əliyevin uğurlu aqrar siyasəti”, BDU-nun kafedra müdiri, professor Şövqi Göyçaylı “Azərbaycan təbiətindən səmərəli istifadə edilməsi tədqiqatlarında Ümummilli lider Heydər Əliyevin ideyalarının tərənnümü” və BDU-nun professoru R.İ.Xəlilov “Ekoloji problemlər və şəxsiyyət amili” adlı məruzələrlə ilə çıxış ediblər.

Konfrans  işini bölmələrdə davam etdirib.

“Ətraf mühitin yaxşılaşdırılmasında ekokimyəvi tədqiqatlar”, “Ətraf mühitin yaxşılaşdırılmasında ekokimyəvi tədqiqatlar”, “Ətraf mühitin mühafizəsində bioekoloji tədqiqatlar”, “Təbii sərvətlərdən istifadənin ekocoğrafi problemləri”, “Torpaqların genezisi, coğrafiyası, münbitliyi və aqroekoloji problemləri”, “Torpaqların meliorasiyası, rekultivasiyası, səmərəli istifadəsi və kadastrı” adlı bölmələrdə 150-dən çox məruzə dinləniləcək.

Mətbuat və İnformasiya şöbəsi, 07 may 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!