BDU-da Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

03/05/2013

Bu gün Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Mərasimdən öncə universitetin Elmi Kitabxanasının ulu öndərin yubileyi ilə əlaqədar, "Elmi Kitabxana və Heydər Əliyev irsi" mövzusunda təşkil etdiyi sərgiyə baxış keçirilib. Tədbiri giriş sözü universitetin rektoru, akademik Abel Məhərrəmov açaraq, ulu öndərin vətən və xalq qarşısındakı tarixi xidmətlərindən söhbət açıb. Bildirib ki, ulu öndərin 90 illik yubileyi ilə əlaqədar keçirilən müxtəlif tədbirlərlə Azərbaycan xalqı dövlətçiliyin, milli-mənəvi dəyərlərin qorunub saxlanması, azərbaycançılığın güclənməsi, ölkənin inkişafı müstəvisində hesabatlar verirlər. Onun sözlərinə görə, BDU da bu yubiley tədbirlərinə qoşularaq müxtəlif işlərlə hesabat verir: “Xoşbəxt o xalqdır ki, onun Heydər Əliyev kimi ümummilli lideri var. Bu baxımdan Azərbaycan xalqı xoşbəxt xalqdır. Biz eyni zamanda fəxr edirik ki, Heydər Əliyev Bakı Dövlət Universitetinin məzunu və fəxri doktoru olub. Bu gün Heydər Əliyevin siyasi kurs ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqı və dövləti hər zaman bu siyasətə sadiq qalacaq”.
Yeni Azərbaycan Partiyasının icra katibi, BDU-nun kafedra müdiri, millət vəkili, professor Əli Əhmədov isə çıxışında bildirib ki, bu günlərdə ölkənin hər bir yerində qeyd edilən Heydər Əliyevin yubiley tədbirlərinin hər biri onun xatirəsinə xalq tərəfindən verilən hörmət və etibarın bariz nümunəsi, Heydər Əliyevin ölkə, xalq qarşısında xidmətlərinin xalq tərəfindən etiraf olunmasının təcəssümüdür: “Bundan əlavə, bu tədbirləri ölkədə həyata keçirilən Heydər Əliyev siyasətinin Azərbaycan vətəndaşları tərəfindən dəstəklənməsi kimi qiymətləndirirəm. Bu da ümumxalq sevgi və məhəbbətin bariz nümunəsidir. Azərbaycanın müasir tarixi Heydər Əliyevin adı ilə bağlıdır”.
İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev ulu öndərin Azərbaycan xalqı və tarixi qarşısındakı xidmətlərindən danışıb. Deyib ki, Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etdikdən sonra ölkədə yaranan gərginlik, özbaşınalıq, vəzifə davası məhz Heydər Əliyevin böyük siyasi təcrübəsi, şəxsi nüfuzu və uzaqgörənliyi sayəsində aradan qalxıb. Qısa zamanda Azərbaycanda stabillik əldə olunub, ölkə inkişafa doğru böyük sürətlə irəliləyib. Akademik ölkəmizdəki iqtisadi-siyasi stabilliyin qarantının da Heydər Əliyev olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyevi azərbaycançılıq ideologiyasının banisi kimi də təqdim edən V.Məmmədəliyev vurğulayıb ki, müstəqil, inkişaf etmiş Azərbaycan ümummilli liderin şah əsərdirir.
BDU-nun tələbələri adından Filologiya fakültəsinin magistri Kəramət Nəcəfzadə çıxış edərək öz fikirlərini çatdırıb. Bununla yanaşı, Filologiya fakültəsinin 1-ci kurs tələbəsi Əlihüseyn Quluzadənin ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı səsləndirilib. Biologiya fakültəsinin 3-cü kurs tələbəsi Sona Quluzadə isə xalq şairi Zəlimxan Yaqubun “Sənin yerin görünəcək” şeirini bədii qiraət edib.
Tədbirin sonunda BDU-nun Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova çıxış edərək ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə KİV nümayəndələri arasında elan olunan “BDU-nun dünya şöhrətli məzunu Heydər Əliyev” adlı müsabiqə haqqında məlumat verib və qaliblərin adlarını açıqlayıb. Münsiflər heyətinin qəbul etdiyi qərara əsasən “Azərbaycan” qəzetinin şöbə müdiri, Əməkdar jurnalist Flora Xəlilzadə birinci, “525-ci qəzet” və “Şərq” qəzetlərinin əməkdaşları Sevinc Qarayeva, Məlahət Rzayeva¬ ikinci, “Yeni Azərbaycan” və “Kaspi” qəzetlərinin əməkdaşları Nurlan Qələndərli, Rufik İsmayılov üçüncü yerə layiq görülüblər. 10 məqalə müəllifi isə həvəsləndirici mükafat alıb. Qaliblərə mükafatları millət vəkilləri Əli Əhmədov, Fəttah Heydərov, Bəxtiyar Əliyev, Musa Qasımlı, Musa Quliyev  və digər qonaqlar təqdim ediblər.

Mətbuat və İnformasiya şöbəsi, 03 may 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!