BDU-da 28 may - Respublika Gününə həsr olunmuş tədbir keçirilib - VİDEO

26/05/2014

Bu gün Bakı Dövlət Universitetində 28 may - Respublika Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdən öncə Xalq Cümhuriyyətinin yadigarlarından olan BDU-da “Universitetin tarixi muzeyi”nin yeni formatda açılışı olub. Rektor, akademik Abel Məhərrəmov bu əlamətdar hadisə münasibətilə təbriklərini çatdırıb. Rektorun sözlərinə görə, BDU-nun arxivini araşdırarkən, məlum olub  ki, o zamankı universitet rəhbərliyinin ilk qərarlarından biri onun tarixi muzeyinin  yaradılması olub.

Sonra tədbir böyük akt zalında davam edib. Çıxış edən rektor Abel Məhərrəmov bütün tədbir iştirakçılarını bu əlamətdar gün münasibətilə təbrik edib. Xalq Cümhuriyyətinin çox böyük əsərləri olduğunu xatırladan akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetini onun oğul yadigarı adlandırıb.

XX əsrin Azərbaycan xalqının həyatında çox böyük mübarizələr əsri olduğunu, müstəqil dövlətimizin qurulduğunu deyən rektor Xalq Cümhuriyyəti yaradıcılarının tarixi xidmətlərindən bəhs edib. Bildirib ki, Azərbaycan yenidən öz müstəqilliyini bərpa etsə də, müstəqil siyasət apara bilmir, ölkədə baş alıb gedən özbaşınalıq müstəqilliyimizi təhlükə altına alırdı. Belə bir məqamda ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı parçalanma, dağılma təhlükəsindən qurtardı. Ulu öndər hakimiyyəti dövründə Azərbaycan çox böyük uğurlara imza atdı və həmin uğurlu siyasət bu gün ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Rektor sonda fikrini «xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o vaxt daha xoşbəxt olur ki, həmin siyasət ölkədə uğurla davam etdirilir. Bu baxımdan Azərbaycan xalqı çox xoşbəxt xalqdır» sözləri ilə tamamlayıb.

Tədbir bədii özfəaliyyət qrupunun hazırladığı proqramla davam edib.

Mətbuat və İnformasiya şöbəsi, 26 may 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!