BDU-da 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib

18/01/2018

Bakı Dövlət Universitetində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib. Əvvəlcə universitetin həyətindəki Şəhidlər abidəsinin qarşısına gül dəstələri düzülüb, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Rektor, akademik Abel Məhərrəmov 1990-cı ilin 20 Yanvar faciəsinin tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olduğunu, keçmiş sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktının insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu, amma imperiyanın qanlı əməllərilə Azərbaycan xalqının azadlıq hərəkatını boğa bilmədiyini söyləyib. 20 Yanvarın müstəqillik tariximizdə xalqımızın cəsarətli addımlarını əks etdirən səhifələrdən biri olduğunu deyən rektor faciəyə ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini, faciə qurbanlarının xatirəsinin hər il dövlət səviyyəsində anıldığını, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

20 Yanvar hadisələrində Bakı Dövlət Universitetinin də şəhidlər verdiyini deyən rektor qəhrəman oğul və qızlarımızın xatirəsinin yaddaşlardan silinməyəcəyinivurğulayıb.

Sonra İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, şəhid atası, Sosiologiya kafedrasının müdiri, professor İzzət Rüstəmov və tələbələr adından Biologiya fakültəsinin SABAH qrupları tələbəsi Vəfa Mürsəlzadənin çıxışları dinlənilib.

Mətbuat və informasiya şöbəsi, 18 yanvar 2018-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!