BDU-da 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib - VİDEO

17/01/2014

Bu gün Bakı Dövlət Universitetində Təhsil Nazirliyinin Tədbirlər Planına uyğun olaraq 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib. Öncə universitetin imtahan keçirilən 225 auditoriyasında tələbələrə faciə haqqında qısa məlumat verilib. Sonra rektor, akademik Abel Məhərrəmovun iştirakı ilə 443 və 900 saylı otaqlarda anım mərasimləri başlayıb və tədbir BDU-nun həyətindəki Şəhidlər abidəsinin qarşısında davam etdirilib. İştirakçılar abidə önünə gül qoyaraq, şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla yad ediblər.

Çıxış edən rektor, akademik Abel Məhərrəmov Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 24 il keçdiyini qeyd edərək bildirib ki, keçmiş sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirilən terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. 20 Yanvarda Bakı Dövlət Universitetinin də şəhidlər verdiyini deyən rektor bildirib ki, hər il şəhidlərimizin əziz xatirəsini yad etmək üçün universitetimizin önündə ucaldılmış bu möhtəşəm abidə qarşısına toplaşır, tələbələrimiz tez-tez bu abidəni ziyarət edir və şəhidlərimizlə fəxr edirlər.  Rektor 20 yanvar faciəsinə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini, faciə qurbanlarının xatirəsinin hər il dövlət səviyyəsində anıldığını, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini bildirib.

Sonra kafedra müdiri, professor İzzət Rüstəmov faciə ilə bağlı fikirlərini bölüşüb. Tədbir tələbələrin çıxışı ilə yekunlaşıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Mətbuat və İnformasiya şöbəsi, 17 yanvar 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!