BDU-da 20 Yanvar şəhidləri anıldı

19/01/2012

Bu gün Bakı Dövlət Universitetində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib. Tədbir iştirakçıları BDU-nun həyətindəki Şəhidlər abidəsinin qarşısına gül qoyaraq, şəhidləri 1 dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 22 il keçdiyini qeyd edərək bildirib ki, keçmiş sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirilən vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır. Azərbaycan xalqının intellektual potensialının toplaşdığı Bakı Dövlət Universiteti də 20 Yanvarda şəhidlər veribdir. Biz buna görə fəxr edirik. Hər il şəhidlərimizin əziz xatirəsini yad etmək üçün universitetimizin önündə ucaldılmış möhtəşəm abidə qarşısına toplaşırıq. Bu abidəni tələbələrimiz tez-tez ziyarət edir və onlar da şəhidlərimizlə fəxr edirlər. Gələcək nəsillər bu qəhrəmanları unutmayacaqlar.
Rektor 20 yanvar faciəsinə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini, faciə qurbanlarının xatirəsinin hər il dövlət səviyyəsində anıldığını, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini bildirib.
Daha sonra tədbirdə tarix fakültəsinin kafedra müdiri, professor Azad Rzayev qanlı hadisələrlə bağlı məruzə edib. Şəhid atası, BDU-nun professoru İzzət Rüstəmov çıxış edərək bildirib ki, Moskva 20 Yanvar qırğını ilə Azərbaycan xalqının iradəsini qırmaq, azadsevərliyinə görə ona cəza vermək niyyətində olsa da, bunu bacara bilmədir. İzzət Rüstəmov bütün təqiblərə baxmayaraq, ümummilli lider Heydər Əliyevin 20 yanvar qırğınından sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək mətbuat konfransı keçirməsindən, sovet rejimini bu addımına görə pisləməsindən də danışıb.
Gənclər adından Şərqşünaslıq fakültəsinin 3-cü kurs tələbəsi Könül Həsənova çıxış edib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Mətbuat və İnformasiya şöbəsi, 19  yanvar 2012-ci il.

Material aşağıdakı yerli və xarici KİV-də də yayımlanıb: APA, SIA, lent.az, ucnoqta.az

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!