BDU-da 20 yanvar şəhidləri anıldı

20/01/2011

Bu gün Bakı Dövlət Universitetində 20 yanvar şəhidlərinə həsr olunmuş anım mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov deyib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Rektor ulu öndər Heydər Əliyevin faciəyə hüquqi-siyasi qiymət verməsindən, bundan sonra hər il faciə qurbanlarının xatirəsinin dövlət səviyyəsində anılmasından da bəhs edib.

Daha sonra tədbirdə şəhid atası, BDU-nun professoru İzzət Rüstəmov çıxış edib. Professorun sözlərinə görə, Moskva 20 Yanvar qırğını ilə Azərbaycan xalqının iradəsini qırmaq, azadsevərliyinə görə ona cəza vermək niyyətində olsa da, bunu bacara bilmədir. İzzət Rüstəmov bütün təqiblərə baxmayaraq, ümummilli lider Heydər Əliyevin 20 yanvar qırğınından sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək mətbuat konfransı keçirməsindən, sovet rejimini bu addımına görə pisləməsindən də danışıb.

Tələbələr - Kəramət Nəcəfov və Lamiyə Hüseynovanın çıxışlarından sonra tədbir 20 yanvara aid slaydların nümayişi ilə başa çatıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 20 yanvar 2011-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!