BDU-da 2017-ci il Bakı K-pop festivalı keçirilib

01/05/2017

Koreya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illik yubileyi çərçivəsində Bakı Dövlət Universitetində “Bakı K-pop festivalı”ı keçirilib.

Koreyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı, Bakı Dövlət Universiteti və Azərbaycandakı Koreyasevərlər Assosiasiyasının (HANSAMO Azerbaijan) dəstəyi ilə keçirilən festivalı BDU-nun rektoru, akademik Abel Məhərrəmov açıb. Koreya universitetləri ilə əməkdaşlıq əlaqələrindən, BDU-da Koreya dili və ədəbiyyatının tədrisindən danışan rektor ötən müddətdə reallaşan uğurlu layihələrdən, o cümlədən  “Bakı K-pop festivalı”ından bəhs edib.

Koreyanın ölkəmizdəki səfiri Kim Çanq-gyu festival haqqında məlumat verib. Bildirib ki, Bakı K-pop festivalında ifa etmək istəyən şəxslər Koreya səfirliyinə müraciət edib, ilkin dəyərləndirilmədən sonra 12 komanda seçilərək müsabiqəyə qoşulmaq hüququ qazanıb. Festivalın keçirilməsi üçün yaratdığı şəraitə görə Bakı Dövlət Universitetinin rəhbərliyinə minnətdarlıq edən səfir Kim Çanq-gyu “Koreya Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə” rektor, akademik Abel Məhərrəmova səfirliyin təşəkkürnaməsini təqdim edib.

Rektor Abel Məhərrəmov, öz növbəsində, BDU-nun xatirə hədiyyəsini səfir Kim Çanq-gyuya təqdim edib.

Sonra festival öz işinə başlayıb. Münsiflər heyətinin qərarına əsasən qaliblərə və iştirakçılara mükafatlar, diplomlar təqdim edilib. Qalib komanda isə Koreyada keçiriləcək 2017-ci il Dünya K-pop festivalına iştirak hüququ qazanıb.

Mətbuat və informasiya şöbəsi, 01 may 2017-cı il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!