BDU-da 16-cı Bakı yapon dili natiqlik müsabiqəsi keçirilib

02/10/2017

Bakı Dövlət Universitetində 16-cı Bakı yapon dili natiqlik müsabiqəsi keçirilib. Müsabiqədə tələbələrlə yanaşı, orta məktəb şagirdləri də iştirak ediblər.

Tədbiri açan rektor, akademik Abel Məhərrəmov BDU-nun beynəlxalq əlaqələri, Yaponiya universitetləri ilə əməkdaşlığı barədə məlumat verib. Yapon dili və ədəbiyyatının Azərbaycanda ilk dəfə 2000-ci ildən BDU-da tədrisinə başlandığını deyən rektor, Yaponiya hökuməti tərəfindən maliyyələşdirilən layihə nəticəsində əsaslı təmir və müasir texniki avadanlıqlarla təmin edilmiş auditoriyaların istifadəyə verilməsini Yaponiya dövləti tərəfindən universitetə göstərilən diqqət kimi dəyərələndirib. Rektor çıxışını müsabiqə iştirakçılarına uğurlar arzulamaqla yekunlaşdırıb.

Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori Azərbaycanda yapon dilinin tədrisinin ildən-ilə inkişaf etdiyini, natiqlik müsabiqəsinin Azərbaycanda yapon dilini öyrənən tələbələrin dil bacarıqlarını dinləmək və qiymətləndirmək üçün gözəl fürsət olduğu bildirib.

Aparıcıların və münsiflər heyətinin təqdimatından sonra sonra qaydalar izah edilib və müsabiqə öz işinə başlayıb.

Müsabiqənin nəticəsinə əsasən, BDU-nun Şərqşünaslıq fakültəsinin Yaponşünaslıq ixtisasının 3-cü kurs tələbəsi Xalidə Əlizadə birinci yerin qalibi olub. ADU-nun III kurs tələbəsi Gülər Zeynallı ikinci, Bakı Biznes Universitetinin IV kurs tələbəsi Xəyalə Əlizadə üçüncü, BDU-nun III kurs tələbəsi Bağırlı Nərgiz dördüncü, ADU-nun IV kurs tələbəsi İlkin İsmayılov isə beşinci yerin qalibi olublar. ADU-nun II kurs tələbəsi Sevinc Paşayeva həvəsləndirici yerlə mükafatlandırılıb.

Müsabiqənin qalibləri növbəti yarışmaya qatılmaq üçün Rusiyanın paytaxtı Moskvaya, sonra isə Yaponiyaya səfər edəcəklər.

 

Mətbuat və informasiya şöbəsi, 2 oktyabr 2017-ci il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!