BDU-da 14-cü Bakı yapon dili natiqlik müsabiqəsi keçirilib

12/10/2015

Bakı Dövlət Universitetində 14-cü Bakı yapon dili natiqlik müsabiqəsi keçirilib. Müsabiqə BDU-nun Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrası, Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub. Azərbaycan və Yaponiya dövlət himnlərinin səslənməsindən sonra BDU-nun rektoru, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəb, onun beynəlxalq əlaqələri, Yaponiya universitetləri ilə əməkdaşlığı barədə məlumat verib. Rektor BDU-da yapon dili və ədəbiyyatı ixtisasının 2000-2001-ci tədris ilində açıldığını deyib, Azərbaycan-Yaponiya elm, təhsil əlaqələrinin genişləndirilməsi barədə fikirlərini də diqqətə çatdırıb. Müsabiqənin əhəmiyyəti barədə danışan rektor Abel Məhərrəmov iştirakçılara uğurlar arzulayıb. Sonra Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi çıxışında ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini vurğulayıb, müsabiqənin Azərbaycanda yapon dilini öyrənən tələbələrin yapon dili bacarıqlarını dinləmək üçün gözəl fürsət olduğu bildirib. Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri dosent Oqtay Cəlilbəyli artıq ənənə halını almış müsabiqənin əhəmiyyətindən danışıb rektor Abel Məhərrəmova və səfir Tsuquo Takahaşiyə təşəkkürünü bildirib. Tədbirdə daha sonra iştirakçıların, münsiflər heyətinin və aparıcıların təqdimatı keçirilib, müsabiqənin keçirilməsi qaydaları izah edilib. 16 nəfər tələbə çıxış nitqlərində öz bacarıqlarını nümayiş etdirib. Müsabiqə 2 yarımhissədən ibarət olub. Hər bölmə çıxışlar və sual-cavab əsasında qurulub. Tədbirin sonunda nəticələr elan edilib, təltif olunma mərasimi keçirilib. Aşağıda adları qeyd olunan ilk 5 yerin sahibinə mükafatlar təqdim edilib: 1.Abdullayev Xəyal (BDU), 2.Məlikova Günel (Azərbaycan Dillər Universiteti), 3. Muradlı Röya (BDU), 4.Süleymanlı Azər (BDU), 5. Ələkbərova Nigar (BDU). Həvəsləndirici yerin sahibi də BDU-nun tələbəsi Sadiqova Lamiyə olub. Sonda BDU rektorunun müşaviri, professor İsmayıl Əliyev və münsiflər heyəti çıxış edib. Qeyd edək ki, birinci yeri tutan Abdullayev Xəyal Moskva Beynəlxalq Tələbələrin Nitq Müsabiqəsində çıxış etmək hüququ qazanıb.

Mətbuat və informasiya şöbəsi, 12 oktyabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!