BDU İzmir Yüksək Texnoloji İnstitutu ilə müqavilə imzaladı

02/12/2013

Bu gün İzmir Yüksək Texnoloji İnstitutunun rektoru, professor, doktor Mustafa Güdenin başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov BDU haqqında onlara məlumat verib, universitetin beynəlxalq əlaqələrindən, o cümlədən Türkiyə universitetləri ilə əməkdaşlıqdan bəhs edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və rektorlar əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıblar.

Daha sonra Bakı Dövlət Universiteti və İzmir Yüksək Texnoloji İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə tələbə-müəllim mübadiləsi, birgə elmi simpozium, seminar və konfransların təşkili, layihə və proqramlarda iştirak və s. digər məsələləri nəzərdə tutur. İmzalanma mərasimindən sonra çıxış edən rektorlar bu sənədin gələcəkdə təhsil və elmin, iki xalq arasındakı münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətli olacağını qeyd ediblər.

Mətbuat və İnformasiya şöbəsi, 2 dekabr 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!