BDU Yessentukidə ilk rektorunun barelyefini açıb

26/11/2015

Rusiya Federasiyasının Stavropol vilayətinin Yessentuki şəhərində Bakı Dövlət Universitetinin yaradıcılarından biri və ilk rektoru, professor Vasili Razumovskinin xatirə barelyefinin açılış mərasimi keçirilib. Tədbirdən əvvəl V.Razumovskinin məzarı ziyarət edilib, onun üzərinə əklil qoyulub. Sonra böyük alimin adını daşıyan küçədə barelyefinin açılış mərasimi keçirilib. Yessentuki şəhərinin meri Aleksandr Nekristov Bakı Dövlət Universitetinin təşəbbüsü ilə professor Vasili Razumovskinin barelyefinin açılışını yüksək qiymətləndirib. Mer V.Razumovskini böyük alim və dəyərli insan kimi xarakterizə edib, onun Yessentukinin tarixində və Qafqaz mineral sularının kurort və elmi mərkəz kimi inkişafında xüsusi rol oynadığını bildirib. O, həmçinin professorun nəinki Rusiyada, bir çox şəhərlərdə, o cümlədən Bakıda, Tbilsidə, Kazanda, Saratovda hörmətlə anıldığını vurğulayıb.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov bu günün universitet üçün tarixi əhəmiyyətindən bəhs edib. Rektorun sözlərindən bəlli olub ki, Vasili Razumovski həm Bakı Dövlət, həm də Saratov və Zaqafqaziya universitetlərinin yaranmasında müstəsna xidmət göstərib. Rektor onu da qeyd edib ki, professor Razumovski Azərbaycan parlamentində universitetin yaranması haqqında qərarı başı üstə qaldıraraq deyib ki, Avropa ilə Asiyanın qovşağında yeni məşəl yandı. Mən Bakı Dövlət Universitetinin parlaq gələcəyinə inanıram. Abel Məhərrəmov ümummili lider Heydər Əliyevin BDU-nun məzunu və fəxri doktoru olmasından, prezident İlham Əliyevin elmə və təhsilə olan diqqət və qayğısından da bəhs edib.

Mərasimdə Milli Məclisin deputatı Mixail Zabelin, Azərbaycanın Rusiyadakı səfirinin müşaviri Vüqar İmamquliyev, Dağıstan Dövlət Universitetinin rektoru Murtuzəli Rabadanov, Çeçen Dövlət Universitetinin prorektoru Ruslan Kutuyev, Rusiya Dövlət Humanitar Universitetinin Georgiyevsk filialının direktoru Kim Vladimir, Cənub Federal Universitetinin prorektoru Sergey Dyujikov çıxış ediblər.

Tədbirin sonunda Razumovskinin nəticəsi Fyodor Boqorodski barelyefin açılışına görə təşəkkürünü bildirib.

Onu da bildirək ki, tədbir çərçivəsində Yessentuki şəhər meriyasında Bakı Dövlət Universiteti və meriya arasında əməkdaşlıq haqda sazişin imzalanıb, şəhər Tarix Diyarşünaslıq Muzeyində BDU guşəsinin açılışı baş tutub.

Mətbuat və informasiya şöbəsi, 26 noyabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!