BDU yeni islahatlara start verdi

24/02/2011

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən islahatlar, Azərbaycanın regionun aparıcı dövləti kimi beynəlxalq nüfuzunun ildən-ilə yüksəlməsi, iqtisadi potensialımızı intellekt kapitalına çevirmək istiqamətində görülən işlər Bakı Dövlət Universiteti rektorluğunun genişləndirilmiş iclasında ətraflı müzakirə edildi.
İclasda çıxış edən rektor, akademik Abel Məhərrəmov dövlət və dövlətçiliyinin əsas sosial dayağı olan Bakı Dövlət Universitetində növbəti islahatlara start verildiyini bildirdi.
Hüquq, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültələrinin tələbələrindən rektorluğa daxil olmuş şikayət və təklifləri geniş araşdıraraq müşahidə edilmiş neqativ halların qarşısını almaq, əmək intizamını daha da möhkəmləndirmək məqsədilə radikal qərarlar qəbul edildi. Hüquq fakültəsinin dekan vəzifəsini icra edən professor Firudin Səməndərov azad edildi. Prorektor, professor Elxan Hüseynova islahatlar aparmaq, müvafiq radikal qərarlar qəbul etmək və əməli təkliflər hazırlamaq üçün qısa müddətə həmin fakültəyə dekan vəzifəsini icra etmək tapşırılıb.
Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin işində dönüş yaratmaq, həmin fakültədə ciddi kadr islahatları aparmaq, dekanlığın işində olan boşluqları aradan qaldırmaq məqsədilə tədris işləri üzrə prorektor, professor Vüsət Əfəndiyevin rəhbərliyi ilə komissiya yaradıldı.
Eyni zamanda, işdə buraxdıqları ciddi nöqsanlara görə Mülki hüquq kafedrasının müdiri Rəisə Dünyamalıyeva, Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müdiri Sədiyar Zeynalov vəzifələrindən azad edildilər. Kriminalistika kafedrasının müdiri, professor Kamil Səlimova isə son xəbərdarlıqla şiddətli töhmət verildi
Həmçinin BDU Kadrlar şöbəsinin rəisi Rüstəm Əhmədov işdə yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad edildi.
İclasda fakültə dekanlarına və struktur rəhbərlərinə bir vəzifə olaraq tapşırıldı ki, bütün müraciətlərə, xüsusilə tələbələrə son dərəcə diqqət və həssaslıqla yanaşsınlar, işlərində ciddi dönüş yaratsınlar. Gözlənilə bilən bütün neqativ halların qarşısı birmənalı şəkildə alınmalı, universitetin nüfuzuna xələl gətirə bilən heç bir hərəkətə yol verilməməlidir.

Mətbuat və İnformasiya şöbəsi, 24 fevral 2011-ci il.

(Material modern.az, 1news.az, APA, trend.az, SİA, trend.az, lent.az, modern.az, qaynar.info, azxeber.com, news.mail.ru, day.az, azadinform.az, qafqazinfo.az, anspress.com, SalamNews, novosti.az, AZE.az, news.rambler.ru analitika.az informasiya agentliklərində və xəbər portallarında, "Azərbaycan" Xalq qəzeti”, "Respublika", "Yeni Azərbaycan", "Ekspress", "525-ci qəzet", "Yeni Müsavat", "İki sahil", "Elçi" , "Zerkalo", "Komsomolskaya pravda" qəzetlərində də yayımlanıb - 24-25 fevral 2011-ci il).

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!