BDU və Ukraynanın Su Təsərrüfatı və Təbii Sərvətlərdən İstifadə üzrə Milli Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

22/05/2013

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Ukraynanın Su Təsərrüfatı və Təbii Sərvətlərdən İstifadə üzrə Milli Universitetinin nümayəndə heyətini qəbul edib.

Akademik Abel Məhərrəmov qonaqlara universitet haqqında ətraflı məlumat verib.

Nümayəndə heyətinin  rəhbəri, Ukraynanın Su Təsərrüfatı və Təbii Sərvətlərdən İstifadə üzrə Milli Universitetinin elmi-pedaqoji, təlim-tərbiyə işləri, və sosial müdafiə üzrə prorektoru Vladimir Stepanoviç Qavriş də öz növbəsində təmsil  etdiyi universitet haqqında danışıb.  Universitetlərarası əməkdaşlığın perspektivlərinin müzakirə olunduğu görüşün sonunda   əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə müəllim və tələbələrin iştirakı ilə müxtəlif səviyyələrdə beynəlxalq elmi-tədqiqi və elmi-praktik konfrans, seminar, təcrübə və treninqlərin, yaradıcılıq sahəsində müzakirələrin keçirilməsi, elmi-tədqiqi layihələrin, elmi-metodiki və tədris proqramlarının birgə hazırlanması və həyata keçirilməsi, elmi monoqrafiyalar, elmi məcmuələrin, tədris proqramlarının nəşrində birgə iştirak, tədqiqat işlərinin aparılması, həmçinin mühazirələrin oxunması və məruzələrin edilməsi və s. məqsədilə müəllim, gənc alim və işçilərin mübadiləsi, müxtəlif fakültələrin tələbələrinin, həmçinin ali təhsil müəssisəsinəqədərki hazırlıq şöbələrinin  dinləyicilərinin mübadiləsi, mütəxəssis, gənc alim, tədqiqatçı və doktorantlar (aspirantlar) üçün təcrübələrin təşkili nəzərdə tutulub. Həmçinin elmi və pedaqoji potensialının birgə istifadəsi və tədris prosesinin təşkilində qabaqcıl forma və metodların birgə işlənməsi, planlaşdırılan tədris, elmi və mədəni tədbirlər haqqında məlumat mübadiləsi də müqavilədə öz əksini tapıb.

Nümayəndə heyətinin rəhbəri Vladimir Stepanoviç Qavriş  təmsil etdiyi universitetin akademik Abel Məhərrəmova fəxri professor adının verilməsi barədə elmi şurasının qərarını elan edib. O, müvafiq diplom və mantiyanı rektora təqdim edib.
Görüşdən sonra qonaqlar tədris və elmi-tədqiqat laboratoriyalarında olublar.

Mətbuat və İnformasiya şöbəsi, 22 may 2013-cü il





Bookmark and Share

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!