BDU və Neapol Şərqşünaslıq Universiteti memorandum imzalayıblar

07/02/2013

Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Neapol Şərqşünaslıq Universitetinin prorektoru Cuseppe Çataldini və həmin universitetin professoru Mişel Bernardinini qəbul edib.

İtaliya elm və təhsil müəssisələri ilə əlaqələrin inkişaf etməyə hazır olduğunu qeyd edən rektor Abel Məhərrəmov, qonaqlara BDU-nun yaradılması tarixi haqqında, inkişaf mərhələləri və universitetin beynəlxalq əlaqələri barədə məlumat verib.
Görüşün sonunda BDU və Neapol Şərqşünaslıq Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Sənəddə ikitərəfli simpoziumların, seminarların və konfransların keçirilməsi, qarşılıqlı maraq doğuran layihələrdə və proqramlarda iştirak, tələbə və professor-müəllim heyətinin mübadiləsi və sair məsələlər öz əksini tapıb. 
Qonaqlar BDU-nun Şərqşünaslıq və Hüquq fakültələrində də görüşlər keçiriblər.

BDU-nun Mətbuat və İnformasiya Şöbəsi, 07 fevral 2013-cü il.

Material aşağıdakı yerli və xarici KİV-də də yayımlanıb: ucnoqta.az, oxucu.info, qafqazregion.az.



 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!