BDU və Çexiyanın Karlova Universiteti əməkdaşlıq əlaqələrinin 45 illiyini qeyd etdi

03/10/2017

Bakı Dövlət Universiteti və Çexiyanın Karlova Universiteti arasında dostluq və əməkdaşlıq əlaqələrinin 45 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Rektor, akademik Abel Məhərrəmov bildirib ki, 1972-ci ildə BDU və Karlova Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında müqavilə hər iki ali təhsil ocağı üçün səmərəli olub, təhsil və elmimizə fayda gətirib. Ötən illər ərzində 500-dən çox professor-müəllim və tələbə mübadilədə iştirak edib, elmi əlaqələrin möhkəmlənməsinə xidmət göstəriblər.

Rektorun sözlərinə görə, artıq bir müddətdir ki, Karlova Universitetindən gəlmiş 10 nəfər müəllim və tələbə ölkəmizin təbiətini, flora və faunasını öyrənmək üçün Gəncə, Qazax, Lənkəran və Naxçıvanda olublar.

Çexiya Respublikasının Azərbaycandakı səfiri Vitezslav Pivonka Bakı Dövlət Universiteti və Karlova Universiteti arasındakı əlaqələri yüksək qiymətləndirib. Çexiyalı tələbələr və alimlərin BDU-nun Qubadakı Tədris-təcrübə və istirahət mərkəzində maraqlı tədqiqatlar apardığını bildirib, onlara yaradılan şəraitdən razı qaldıqlarını diqqətə çatdırıb.

Karlova Universitetinin professoru Daniel Frinta Bakı Dövlət Universiteti ilə 30 illik əlaqəsindən danışıb və BDU-nun onun üçün doğma məkan olduğunu bildirib.

Tədbir universitetlərarası əlaqələrin 45 illik şərəfli tarixinə həsr olunmuş sərgiyə baxışla yekunlaşıb.

Mətbuat və informasiya şöbəsi, 03 oktyabr 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!