BDU və Ankara Universiteti bakalavr səviyyəsində hüquqşünas hazırlığı ilə bağlı ikili diplomların verilməsi barədə Memorandum imzalayıb

05/04/2012

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyə Respublikasının Ankara Universitetinin prorektoru, professor Argun Karacabeyin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Rektor bir müddət əvvəl BDU ilə Ankara Universiteti arasında birgə elmi əməkdaşlıq barəsində imzalanan protokoldan, bu protokol çərçivəsində ölkəmizdə hüquq elminin davamlı inkişaf etdirilməsi, hüquqşünas kadrların hazırlıq səviyyəsinin daha da artırılmasının təmin edilməsi məqsədilə görülən işlərdən danışıb.

Görüşdə hər iki universitetin rəhbərliyi bakalavr səviyyəsində beynəlxalq standartlara uyğun hüquqşünaslıq ixtisası üzrə ikili diplomun verilməsi (tanınması), digər tərəfdən isə, gələcəkdə bu prosesin davamı kimi magistratura və doktorantura pillələrində kadr hazırlığı baxımından elmi əməkdaşlığın qurulması istiqamətində fikir mübadiləsi aparıblar.

Sonra Bakı Dövlət Universiteti və Ankara Universiteti arasında birgə bakalavr səviyyəsində hüquqşünas hazırlığı ilə bağlı hüquq təhsili, ikili diplomların verilməsi  barədə Memorandum imzalanıb. Memorandumu BDU-nun rektoru, akademik Abel Məhərrəmov və Ankara Universitetinin rektoru, professor doktor Cemal Taluğ adından prorektor Argun Karacabey imzalayıb. Memoranduma əsasən, bu tədris ilindən başlayaraq, hər tərəfdən 30 nəfər tələbə, cəmi 60 nəfər ikili diplom almaq üçün 1-ci kursa qəbul ediləcəklər. 60 tələbə həm Türkiyə, həm də Azərbaycanın ikili diplomlarını alacaq ki, həmin diplomlar hər iki ölkədə qəbul ediləcək.

Həmçinin ikili diplom verilməsi ilə bağlı birgə tədris prosesi BDU-da türk və Azərbaycan dillərində aparılmaqla Avropa Kredit Transfer Sisteminə (ECTS) uyğun olaraq həyata keçiriləcək. Tərəflərin öhdəliklərində isə bu məqamlar öz əksini tapıb: qarşılıqlı elmi-tədqiqatların və elmi mübadilənin, birgə elmi konfransların keçirilməsi, ikili diplom proqramı ilə bağlı hər növ elan, reklam, təqdimat və sərgilərin  təşkil edilməsi ilə bağlı əməkdaşlığın təmin edilməsi, Birgə Tədris Proqramını müvəffəqiyyətlə bitirən tələbələrə ikili diplom verilməsi.

İmzalanma mərasimində sonra qonaqlar universitetin Elektron Tədris Mərkəzində, Heydər Əliyev Muzeyində, elmi-tədqiqat laboratoriyalarında olub, hüquq fakültəsinin professor-müəllim heyəti ilə müzakirələr aparıblar.

Mətbuat və İnformasiya şöbəsi, 5 aprel 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!