BDU və ADNA arasında əməkdaşlıq müqaviləsi imzalanıb

16/09/2011

Bu gün Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni BDU-nun rektoru, akademik Abel Məhərrəmov və ADNA-nın  rektoru, professor Siyavuş Qarayev imzalayıblar. İki təhsil ocağı arasında uzun illər əməkdaşlıq edildiyini, lakin bu zamana kimi rəsmiləşdirilmədiyini deyən akademik Abel Məhərrəmov dövlətin təhsil və elmə qayğısından danışıb. Müqavilənin əsas strategiyasının tələbələrin mobilliyinin artmasına imkan yaratmaq olduğunu bildirən rektor deyib ki, qlobal cəmiyyətə inteqrasiya etmədən öncə daxilə inteqrasiya etmək daha vacibdir. Rektorun sözlərindən məlum olub ki, müqaviləyə əsasən Boloniya prosesinə uyğun olaraq tələbələrin mübadiləsi və kreditlərin alınması, pedaqoji və elmi işçilərin, doktorantların müvafiq fakültələrdə, kafedralarda və tədqiqat laboratoriyalarında staj keçməsinin təşkili, yeni texnika və texnologiyaların mübadiləsi, qabaqcıl, inkişaf metodları sahəsində təcrübə mübadiləsi, ikitərəfli birgə elmi simpozium, seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakı nəzərdə tutulub.

ADNA-nın  rektoru, professor Siyavuş Qarayev də müqavilənin əhəmiyyətindən və perspektivlərindən danışıb. Deyib ki, müqaviləyə əsasən BDU-nun və ADNA-nın tələbələri hər iki ali təhsil ocağında müvafiq ixtisaslar üzrə oxuyub kredit ala  biləcəklər.

Hər iki ali təhsil ocağının rektorları sonda qeyd ediblər ki, BDU və ADNA arasında imzalanan bu müqavilə Azərbaycan elminə, təhsilinə böyük dəstək və töhfələr verəcək.

 

Mətbuat və İnformasiya şöbəsi, 16 sentyabr 2011-ci il


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!