BDU Uruqvay Katolik Universiteti ilə əməkdaşlıq edəcək

03/10/2016

Uruqvay Katolik Universiteti İslam kafedrasının və Ərəb Humanitar Təhsili Ümumdünya departamentinin müdiri, ərəb və islam araşdırmaları üzrə fəlsəfə doktoru Susana Manqana Bakı Dövlət Universitetində olub. Rektor, akademik Abel Məhərrəmovla görüşdə əməkdaşlıq məsələləri müzakirə edilib. BDU-da ərəb dili və ədəbiyyatının tədrisindən, ərəb elmi məktəblərindən danışan rektor bu istiqamətdə birgə fəaliyyətdən söz açıb. Susana Manqana universitetlərarası əlaqələrin inkişafında maraqlı olduqlarını deyib. Görüşdə, eyni zamanda birgə seminar və konfransların keçirilməsi, yay məktəblərinin təşkili də müzakirə edilib.

Mətbuat və informasiya şöbəsi,  03 oktyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!